Məhkəmə qərarları › İş №3(032)-358/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-358/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-358/2023 02.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2022-ci il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən 02 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək Zərərçəkmiş şəxs ilə münasibətlərinin normal olmasını, aralarında dava-dalaş və ədavət olmamasını, sonuncu dəfə 16 avqust 2022-ci il tarixində Şırvan şəhərində yerləşən “Elit” marketin yaxınlığında Zərərçəkmiş şəxs ilə rastlaşmış, ondan hara getdiyin sorşmuşdur. Bu sözündən sonra aralarında mübahisə yaranmışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında 16 avqust 2022-ci il tarixində yaşadığı evdən çıxıb şəhərin M.Ə.Rəsulzadə küçəsində prospektində yerləşən "Elit" market adlanan mağazaya daxil olub, alış-veriş edərək əlində olan sellofan torbalarla həmin prospekt boyu yerləşən parkla evinə qayıdan zaman keçmiş həyat yoldaşı Şəxs ona yaxınlaşaraq, ondan hara getməsini sorşmuşdur. Bundan sonra onların arasında mübahisə yaranmış və Şəxs onu nalayiq ifadələrlə təhqir etmiş və onun üzünə sillə ilə vurmuşdur. Sonradan həmin yerə digər şəxslərdə gəlmişdir. Şəxs onu vurduqdan sonra qaçaraq həmin ərazidən uzaqlaşımışdır. Şəxs onu dəfələrlə təkib etməsi şəxsi həyatına müdaxilə etməsi hallarının davamlı olmasını nəzərə alaraq, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 avqust 2022-ci il tarixli 477 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – alt dodağın qırmızı haşiyəsində qansızma- küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən 16 avqust 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xaraketerinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasına dair qərardan görünür ki, barəsində iş üzrə icraat aparılan fiziki şəxs Şəxs olduğu müəyyən olunmadığından, onu tapmaq mümkün olmamış və iş üzrə icraat dayandırılmışdır. Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1 və sahənin polis nəfəri polis baş serjantı X2 iştirakları ilə tərtib edilmiş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Şəxs yaşadığı ünvanda aşkar etmək mümkün olmamış, o, müvəqqəti olaraq Bakı şəhərinə işləmək məqsədi ilə getmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1984-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 16 (on altı) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 02 mart 2023-cü il tarixdə saat 15:00-dan hesablansın. Qərarın icrası Şirvan şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar