Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-359/2025 08.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Müstəqil görüş kooperativinin rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da yol hərəkəti qaydalarını pozub, yol nişanlarının tələbinə əməl etməməklə, sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21011” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Yeganə“ şadlıq sarayının həyətində prospektə çıxıb üzü Hacıqabul rayon istiqamətətinə dönən zaman qarşıdan avtomobil gəldiyini görüb avtomobili yolun soluna çəkən zaman ehtiyatsızlıqdan X4 vurararaq “sol qamış sümüyünün bayır kondilusunun yerdəyişməyən sınığı, sol diz oynağında şişkinlik” kimi xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən də barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X3 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “VAZ 21011” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə, saat 19:00-da idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X11 25 noyabr 2024-cü il tarixli, 567 saylı ekspert rəyinədə göstərilmişdir ki, X5 bədən səthində aşkar edilmiş xəsarət sol qamış sümüyünün bayır kondilusunun yerdəyişməyən sınığı, sol diz oynağında şişkinlik- küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 24 noyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Şirvan Rayon Mərkəzi Xəstəxanası” X9 13 dekabr 2024-cü il tarixli 18-1-35/2-1744/2024 nömrəli rəyindən görünür ki, Şəxs narkoloji və psixoloji-nevroloji kabinetdə qeydiyyatda yoxdur. Məhkəmə yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının 06 mart 2025-ci il tarixli 8/3654 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 21011 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz E240 markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanın vurulma yerindən olduğu məsafənin müvafiq olaraq 3-4,9 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz E240 markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanın vurulma yerində olduğu məsafədən müvafiq olarq 3-4,9 metr böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X6 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən tqdim olunan məlumatlara əsasən tədqiq olunan şəraitdə VAZ 2107 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərinin “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusitexniki bilik təşkil etmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 29 gün A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilib, qəti olaraq 11 ay 28 gün A.M.E cəzası saxlanılmışdır. xx.xx.2018-ci ildə Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 03 ay 28 gün V.Ə.Ş azad edilmişdir. xx.xx.2018-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Sübutların qiymətləndirilməsi haqqında 28 mart 2025-ci il tarixli qərardan həmçinin görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilsin və bu barədə material ayrılaraq saxlanılmasından ötrü Şirvan şəhər prokurorluğunun dəftərxanasına verilməsi, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 187-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissə üzrə cinayət təqibinin başlanması rədd edilsin və bu barədə material ayrılaraq saxlanılmasından ötrü Şirvan şəhər prokurorluğunun dəftərxanasına verilməsi, X6 əməlində cinayət və inzibati hüquqpozmanın tərkibi olmadığından həmin hissə üzrə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilsin və bu barədə material ayrılaraq saxlanılmasından ötrü Şirvan şəhər prokurorluğunun dəftərxanasına verilməsi, X5 əməlində cinayət tərkibi olmadığından həmin hissə üzrə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilsin və bu barədə material ayrılaraq saxlanılmasından ötrü Şirvan şəhər prokurorluğunun dəftərxanasına verilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkib əlaməti olduğundan həmin hissə üzrə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti PŞ-nin DYPB-nə göndərilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin hissə üzrə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti PŞ-nin DYPB-nə göndərilməsi, “VAZ 21011” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınsın və məhkəmə baxışınadək PŞ-nin dayanacağında saxlanılması nəzərə alınması, ittihamı təsdiq edən təqsirləndirilən şəxs Şəxs etirafedici ifadəsi, zərər çəkmiş şəxsin, şahidin ifadələri, yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və sxem və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəmə-yol nəqliyyat ekspertizasının rəyi və digər rəsmi sənədlər sübut kimi qiymətləndirilməsi, Şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilməi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroruna təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə işin hallarını və inzibati tənbeh tətbiq etmənin ümumi prinsiplərini, həmçinin inzibati xəta törədən şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək və başqa şəxslər tərəfindən inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüq uqu məhdudlaşdırılmaqla cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-359/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-359/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver