Məhkəmə qərarları › İş №3(032)-361/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-361/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-361/2024 30.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Əli Bayramlı indiki (Şirvan şəhərində) doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Şirvan şəhəri, 1 May küçəsində polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta hadisənin olması xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Şirvan şəhəri 1 May küçəsində avtomobilyuma məntəqəsinin yanında olan kafedə oturub yemək yedikdən sonra avtomobilini yuduzdurmaq fikri olmuş, bu vaxt Şirvan şəhər YPX-nin əməkdaşı ona yaxınlaşaraq manevretmə qaydasını pozmaqla təhlükəli şəraitdə yanacaq doldurma məntəqəsi ərazisinə daxil olmasını bildirərərk sənədlərini təqdim etməsini demiş, o da kamera görüntülərinin göstərilməsini tələb etmiş, bu barədə 102 zəng xidmətinə məlumat vermiş, daha sonra polis əməkdaşları onu polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermiş, avtomobilini isə cərimə meydançasına yerləşdirmişlər. Sonda məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Şirvan şəhər Polis Şöbəsinin YPX-nin Şirvan şəhəri YPX-i inspektoru polis baş serjantı X1 oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, 28 aprel 2024-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhəri 1 May küçəsində “QAZ 3302” markalı **-AC-*** nömrə nişanlı nəqliyyat vasitəsinin öz yolunda manevretmə qaydasını pozmaqla təhlükəli şəraitdə yanacaq doldurma məntəqəsi ərazisinə daxil olduğunu görüb ona yaxınlaşıb özünü təqdim edərək etmiş olduğu qayda pozuntusunu ona izah etmiş, bu zaman sürücü Şəxs özünü qeyri səmimi apararaq uca səslə səs-küy salmağa başlamış, sürücünü nizam-intizama dəvət etmiş, lakin sürücü bilərəkdən polisin qanuni tələbinə əməl etməyərək öz xoşagəlməz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən əraziyə çağırılmış PPXB-nin əməkdaşlarının köməyi ilə polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, 28 aprel 2024-cü il tarixdə Şirvan şəhəri 1 May küçəsində yanacaq doldurma məntəqəsinin yanında kafedə yemək yeyən vaxt Şəxs “QAZ 3302” markalı avtomobilinin arxasınca YPX-nin avtomobilinin gəldiyini görmüş, Şəxs avtomobilini aparan vaxt onların yanına gələrək nə səbəbə aparılmasını soruşmuş, polis əməkdaşı bildirmişdir ki, Şəxs avtoxuliqanlıq etmiş, kamera görüntülərində də qeyd olunmuşdur. Həmin vaxt Nicat əsəbi olduğundan avtomobilin qapısını çırpmış, lizinq avtomobili olduğunu, hər dəfə YPX-nin əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Daha sonra bu barədə Nicat DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 aprel 2024-cü il tarixdə, saat 17:10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar