Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-362/2025 18.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədirliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi Qərardan şikayət verən şəxs X10 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 xidməti Şirvan-Salyan Regional X1 barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə X10 şikayətinə baxaraq MÜƏYYƏNETDİ X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 xidməti X5 onun barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 Xidmətinin X5 rəisi Anar Xıdırovun inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1100 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti ona xx.xx.2025-ci il tarixində poçt vasitəsi ilə təqdim edilmişdir. 6 saylı körpələr evində qrup komplektlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 218 saylı qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər Təhsil Müəssisələrinin Nümunəvi Əsasnaməsi”-nin 3.9-cu bəndinə əsasən işçilərin say tərkibində və iş saatlarında ixtisar zərurəti yaranmış və 6 saylı Körpələr evində tərbiyyəçi müəllimə işləyən X2 ştat vahidi 0.75 vahidinə endirilmişdir. xx.xx.2025-ci ildə əmək müqaviləsinə dəyişiklik aparılmış, təsdiq üçün X3 göndərilmişdir. İşçilərin əmək haqqının hesablanması və ödənilməsi Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhəri üzrə mühasibliyi tərəfindən həyata keçirilir. X14 Xidməti iş üzrə heç bir araşdırma aparmayaraq onu əmək haqqının düzgün hesablanmaması və ödənilməməsində təqsirli bilmişdir. Halbuki, bu hal üzrə əmək haqqının düzgün hesablanmaması və ödənilməməsində cavabdeh şəxs o, deyildir. Ümumiyyətlə 6 saylı körpələr evində əmək haqqının hesablanması və ödənilməsində cavabdeh şəxs o, deyildir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X11 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etsə də, məhkəmə iclas zalında inzibati məsuliyyətə cəlb olunmasının qanuni olmasını, lakin tətbiq olunmuş inzibati cərimənin çox olmasını əsas gətirməklə cərimənin həmçinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 xidməti X6 məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın nümayəndəsi gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, işdə olan sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 xidməti X5 rəisi X17 tərəfindən X11 13 mart 2025-ci il tarixli, MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Şikayətçinin ərizədə göstərilən əsaslar işin halları ilə təsdiq edilmədiyi üçün məhkəmə qeyd edilən xüsusatları əsassız sayır və şikayət olunan qərarın ləğv edilməsi üçün qanuni hesab etmir. Məhkəmə işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 xidməti Şirvan-Salyan Regional X1 barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qanuna müvafiq tərtib olunmuşdur və ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutub, QƏRARALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 xidməti X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə X10 şikayəti təmin edilməsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-362/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-362/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver