Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-363/2024 01.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli protokolun ləğv edilməsi və ona əsassız yazılmış 80 manat inzibati cərimənin silinməsi, həmçinin protokol əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli protokolun ləğv edilməsi və ona əsassız yazılmış 80 manat inzibati cərimənin silinməsi, həmçinin protokol əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində 2021-ci il buraxılışlı, TOYOTA RAV-4 minik markalı, 99-HA987 qeydiyyat nişanlı naqliyyat vasitəsi vardır. xx.xx.2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Şirvan şəhərində Z.Hacıyev küçəsindən M.Ə.Rəsulzadə prospektinə işıqforun yaşıl işığında hərəkətdə olarkən sol tərəfə dönmə işığını yandırmaqla hərəkətini davam etdirmişdir. Arxasınca digər nəqliyyat vasitələri hərəkət edirdi. Daha sonra Şirvan şəhər Polis Şöbəsinin DYP əməkdaşları saxla işarəsi verməklə nəqliyyat vasitəsini dayandırmışdır. Ona işıqforun qırmızı işığında hərəkət etməklə İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozmasını bildirdilər. Videoqeydiyyatçı vasitəsi ilə çəkilişin olmasını bildirsələr də təqdim etməkdən imtina etdilər. Daha sonra inzibati xəta haqqında protokol tərtib edilməsini və tərəfindən şikayət verməyini bildirdilər. Ona inzibati xəta haqqında protokol əsasında TP ******* nömrəli etektron qərar xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Hesab edir ki, qeyd edilən elektron qərar qanunsuz və əsassız tərtib edilmişdir. Şikayəti nəzərdən hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi, habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. İnzibati xəta haqqında protokol isə inzibati tənbeh vermə haqqında qərarı əvəz etmədiyindən inzibati xətalar qanunvericiliyində ondan şikayət vermək qaydası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayət və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol şəxsin inzibati tənbehə məruz qalmasını təsdiq edən hüquqi sənəd olmadığından və ondan şikayətin verilmə qaydası və şikayətə baxılma qaydası inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığından, şikayət geri qaytarılmalı, şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərarı əldə edib qanunla müəyyən edilmiş qaydada qərardan şikayət vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X1 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli protokolun ləğv edilməsi və ona əsassız yazılmış 80 manat inzibati cərimənin silinməsi, həmçinin protokol əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti geri qaytarılsın. Hakim: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-363/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-363/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver