Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-364/2024 02.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 iştirakları ilə, xx.xx.1975-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:55 radələrində Şirvan şəhəri, X1 nalayiq söyüşlər söyməklə, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta hadisənin olması 02 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şahid onun qardaşının həyat yoldaşıdır. Qardaşının ailəsində yaranan mübahisələrlə bağlı boşanmaq ərəfəsində olmuşlar. xx.xx.2024-cü il tarixdə 11:55 radələrində Zeynəb işlədiyim Şirvan reabilitasiya mərkəzinə gələrək qardaşı Ardinlə onları boşanmağa qoymamağımı istəmiş, ailələrinin dağılmasına imkan verməməyini demişdir. Zeynəbə özlərinin ailə işi olduğunu demiş və iş yerini tərk etməyini tələb etdmişdir. Bu zaman Zeynəb onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Mübahisə zamanı Zeynəbə heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, Şəxs Ağası oğlunun onun qaynıdır. Onun həyat yoldaşı Ardinlə aralarında yaranan mübahisələrlə bağlı xx.xx.2024-cü il tarixdə qaynı İslamın işlədiyi “Şirvan reabilitasiya mərkəzin“ə qardaşından şikayət etmək üçün getdiyini bildirmişdir. Qaynı İslama həyat yoldaşı Ardinin evə baxmamasını bildirmiş, İslam onların ailə məsələsinə qarışmaq istəmədiyini demiş, iş yerindən narahat etməməli olduğunu, ona işlədiyi yeri tərk etməyini, İslamın onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etdiyini bildirmişdir. Onun reabilitasiya mərkəzinin həyətindən çölə çıxmış, əsəbi olduğu üçün geri qayıtmış, reabilitasiya mərkəzinin arxa hissəsində mübahisə etmişlər, sonra İslam hardansa odun parçası tapmış, onun kürək və boyun nahiyələrinə vurmağa başlamış, həmin vaxt ətrafda heç kim olmamış, onun tez küçəyə qaçdığını, İslamda onun ardınca reabilitasiya mərkəzinin qapısına kimi getdiyini bildirmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Şahid ərizə ilə müraciət edərək, qaynı Şəxs onu odun parçası ilə döyməsi barədə və xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Şəxs ərizə ilə Şirvan ŞPŞ-yə müraciət edərək, onu və ailəsini qardaşı arvadı Şahid tərəfindən narahat edilərək hədələndiyi barədə torplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması, həmin əməlləri törətmiş Şəxs və Şahid barəsində inzibati qaydada tədbir görülməsi haqqında qərar qəbul olunmuşdur. Şirvan şəhər Polis Şöbəsinin 28 mart 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 142 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid bədən səthində heç bir xəsarət aşkar olunmadı. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yerdə ətrafa etinasızlıq və hörmətsizlik göstərərək və xəstəxanın həyətində, ətrafda insan toplaşdığından, məkanda nəlayiq ifadələr işlətməsi kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-364/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-364/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver