Məhkəmə qərarları › İş №3(032)-368/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-368/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-368/2024 03.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs X1, İnzibati protokolu tərtib etmiş X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şirvan şəhər Məhkəməsinə 03 may 2024-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xırda talama əməlinə yol vermişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, həmin maşında onun olmadığını, xalça alverini Bakı şəhərində etdiyini, nömrənin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində ifadə vermiş X2 bildirdi ki, 2023-cü ildə küçədə səyyar satıcılıq edərək xalça satan şəxsdən 1 ədəd xalçanı 100 manat almışdır. Həmin xalçanın pulunu nağd şəkildə vermişdir. Sonra ona 450 manat ödəyib, onlardan 1500 manatlıq müxtəlif hədiyyələri ala biləcəyini demişlər. Lakin o, 250 manat pul ödəyə biləcəyini demişdir. Sonradan həmin şəxslərə dəfələrlə zəng etsə də ona müxtəlif bəhanələr gətirərək nə hədiyyəni, nə də ki, pulunu qaytarmamışlar. Maşında Şəxs da olmuşdur. Bu hadisə nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Aşağdakı əsaslara görə inzibati material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir. İnzibati xəta haqqında materialdan görünür ki, zərərçəkmiş şəxs ona qarşı digər şəxsin dələduzluq etməyini, pulu həmin şəxsin aldığını bildirmişdir. Həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şirvan şəhər Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar