Məhkəmə qərarları › İş №3(032)-369/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-369/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-369/2024 06.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: xx.xx.2024-cü il tarixdə Şəxs arvadı Zərərçəkmiş şəxs döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi Ravil Saatov tərəfindən 06 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirmişdir ki, 2006-cı ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, iki övladları vardır. Bu vaxta kimi münaqişələri demək olar ki olmamışdır. Lakin son vaxtlar Aygün onunla yaşamaq istəməməsi və buna ailəsinin təsiri ilə əlaqədar o, yaşadıqları Rusiya Federasiyasından 2021-ci ildə iki övladı ilə Azərbaycana qayıtmışdır. Həmin vaxtdan bəri də o, dəfələrlə övladlarını görmək üçün Şirvan şəhərinə gəlsə də, Aygün və onun ailəsi hər iki övladını görməyə imkan verməmişdir. Bu səbəbdən hətta onun barəsində əsassız şikayətlər də etmişdir. 16 aprel 2024-cü il tarixində Rusiya Federasiyasından məzuniyyətə çıxmağı ilə əlaqədar Azərbaycana gəlmişdir. Şirvan şəhərində arvadı Aygün ilə qonşuluqda valideynləri ilə birgə yaşamağa başlamışdır. O uşaqlarını görmək niyyəti ilə atası Rəcəblə birgə 16 aprel 2024-cü il tarixində və növbəti gün Aygünün yaşadığı ünvana getmişdir. Bu vaxt atası Aygün və onun ailəsi ilə xoş söhbət etməyə başlamışdır. Lakin Aygün yenə övladlarını ona göstərməmişdir. 21 aprel 2024-cü il tarixində yaşadıqları qəsəbədə saat 18 radələrində övladı Rəcəbi məktəbin qarşısında görmüş, bu vaxt övladı ilə görüşərək, təxminən 1 saata yaxın müddət ərzində görüşmüşdür. Sonra da oğlu Rəcəbi Aygünün yaşadığı evə aparmışdır. 22 aprel 2024-cü il tarixində saat 18 radələrində övladı Rəcəbi atası ilə birlikdə oxuduğu məktəbin qarşısında gözləmiş, lakin Rəcəb dərsdən çıxmamış, belə olan təqdirdə, fikirləşmişdir ki, arvadı Aygün oğlunu ondan yayındıraraq, onu görmək istəyinə maneə olur. Daha sonra Aygünün yaşadığı binanın qarşısına taksiylə gəlmiş, bu vaxt övladı Rəcəbi görərək, onun səsləmiş, oğlu Rəcəb yanına gəlmək istədikdə Aygün buna mane olmuşdur. Daha sonra valideyni Rəcəb də Aygünə yaxınlaşaraq, ondan nəvəsini görməyə şərait yaratmasını xahiş etmişdir. Bu vaxt Aygün hər ikimiz barəsində DİN-in 102 Xidmətinə şikayət edəcəyini söyləmişdir. Sonradan Şirvan şəhər polis şöbəsinə dəvət olunmuşdur. Dəvət olunmağına səbəb kimi arvadı Aygünün onun barəsində şikayət edərək, guya onun Aygünə xəsarət yetirməyi və onu ölümlə hədələməsi olmuşdur. O, arvadı Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, onu heç bir formada ölümlə hədələməmişdir. Əlavə olaraq Şəxs izahatında bildirdi ki, onun tək istəyi övladı ilə görüşüb ünsiyyətdə olmasıdır, onun arvadı Zərərçəkmiş şəxs ilə hər hansı problemi yoxdur. Hazırda əməlindən peşmandır, barışmaq istəyir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, əri Şəxs ilə 2006-cı il tarixdən evlidir və iki uşaqları vardır. 2006-cı il tarixdən Rusiya Respublikasının Komi Vilayətində yaşamışdırlar. Ailəli olduğu dövrlərdə də həyat yoldaşı Şəxs onu dəfələrlə hədələdiyinə görə 2021-ci il tarixdə o, Azərbaycana qayıdaraq ata evinə gəlmiş və orada da yaşamışdır. 21 aprel 2024-cü il tarixdə oğlu həyətdə oynayan vaxt eyvandan baxırmış, bu vaxt oğlunun olmadığını görmüş, qonşunun uşağı ona atası ilə getdiyini demişdir. Daha sonra oğlunun atası ilə gəldiyini görmüş, lakin oğlunun halının yaxşə olmadığından nə baş verdiyini soruşduqda oğlu ona atasının hərəkətlərindən qorxduğunu bilmişdir. Hətta ondan bir gün öncə uşaq avtobus gözləyən vaxt oğlunun idman müəllimi görmüşdür ki, atası onu məcbur maşına mindirib hədələyərək ona “sənin dayını, ananı, babanı” doğrayaram, evinizi partladaram” ifadələr işlətmişdir. 22 aprel 2024-cü il tarixdə, saat 18:30 radələrində oğlu X1 məktəbdən götürüb evə gəlmiş, yaşadıqları binanın qarşısında çatan zaman həyat yoldaşı Şəxs taksidən düşüb onlarına yanına gəlmiş və oğluna yaxınlaşmaq istəyən zaman oğlu qorxudan onun yanına gəlmişdir. Bunu görən Şəxs oğlunu məcbur özü ilə aparmaq istəyən vaxt ona “uşaq səni görmək istəmir, vaxtında uşaqla maraqlansaydın və onlara sevgini göstərsəydin belə olmazdı” sözlərini demişdir. Bu vaxt Şəxs onun başına və üz nahiyyəsinə əlinin arxa hissəsi ilə vurmuş və bu səbəbdən “sağ göz nahiyyəsinin əzilməsi” xəsarətini almışdır. Sonda məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Həmçinin əlavə olaraq bildirmişdir ki, onun müraciəti əsasında məişət zorakılğı ilə bağlı xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək Şəxs hərəkətlərindən qorunmaq üçün qısa müddətli, xx.xx.2024-cü il tarixdə isə uzun müddətli mühafizə orderi verilmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə “CD” disk təqdim edərək həmin diskdəki fotoşəkillərə baxış keçirilməsi və baş vermiş mübahisənin audio yazısının dinləninlməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 01 ədəd diskdə olan fotoşəkillərə baxış zamanı Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinin qançırı, həmçinin CD diskdə olan həmin səsyazmada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs və oğlu X2 ilə mübahisə etməsi halı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. 23 aprel 2024-cü il tarixli 205 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət-sağ paraorbital nahiyədə qançır- küt əşya (əşyalar) təsirindən törənmiş, müxtəlif şəraitlərdə, eləcədə müayinə olunanın göstərdiyi tarix və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-848/2024 nömrəli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs ərizəsi təmin edilərək, məişət zorakılığından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məişət zorakılığı törətmiş şəxs Şəxs hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, məişət zorakılığının təkrar törədilməsi, Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı ünvan 2 ünvanında yerləşən evə 100 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxs ilə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Şəxs qadağan edilməsi qət edilmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 06 may 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar