Məhkəmə qərarları › İş №3(032)-37/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-37/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-37/2024 05.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən 05 dekabr 2023-cü il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Şəxs QSC-nin Şirvan regional satış ofisi və anbarında planlı YTM-nə zamanı YTQ01-20010.2.2.4; 5.1; 9.3; 8.4; 8.3; 3.2 bəndlərini pozmuşdur. Bu səbəbdən Şəxs QSC-nin barəsində Muğan regional DYNİ-nin tərəfindən 05 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur. Barəsində iş üzrə icraat aparılan Şəxs QSC məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, nöqsanlar olmadığı halda inzibati protokol qərəzli şəkildə tərtib olunmuş və qeyd olunan nöqsanlar ilə razılaşmadığı üçün şirkətin səlahiyyətli nümayəndəsi və anbar müdiri X2 protokolu imzalamaqdan imtina etmişdir. Odur ki, tərtib edilmiş protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Muğan regional X4 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 05 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Şəxs QSC-nin barəsində Yanğın Texniki müayinə aparılması haqqında xx.xx.2023-cü il tarixli, 4442 nömrəli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, 4442 nömrəli X1 görünür ki, Şəxs QSC-nin Şirvan regional satış ofisində və anbarında aşkar olunmuş qanun pozuntu olaraq müəyyən edilmişdir – anbarda yanğına təhlükəsizliyinə dair təlimat tərtib olunmayıb. YTQ 01-2001.B.2.2; Anbarın təxliyyə yolları artıq əşyalarla tutulub YTQ 01-2001 bənd 5.1; Anbar və ofis binasının mövcud yanğın xəbərverici səs siqnalizasiya qurğusunun layihə sənədləri təqdim edilmədi.YTQ 01-2001 bənd 9.3; Anbar hissədə daxili yanğın kranı ilə təmin olunmayıb. YTQ 01-2001 bənd 8.4; inzibati binaya çəkilmiş qaz xəttinin ixtisaslaşdırılmış mütəxəssis tərəfindən baxış keçirilərək müvafiq akt təqdim olunmadı. AZDTN 2.13-1 bənd 11.47-11.54; Anbar hissədə mallar pərakəndə dağınıq halda yığılıb. YTQ 01-2001 bənd 3.2; Müəssisənin ərazisində mövcud yanğın su hovuzu boş saxlanılır YTQ 01-2001 bənd 8.3 Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs QSC-nə məxsus Şirvan regional satış ofisi və anbarında yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin yoxlanması ilə bağlı xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və yanğın təhlükəsizlik qaydalarına riayət edilməməsi aşkar olunmuş və bu barədə xx.xx.2023-cü il tarixdə 4442 nömrəli yanğın-texniki müayinə aktı tərtib edilmiş və bunun bağlı xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati akt tərtib edilmişdir. Məhkəmə Şəxs QSC-nin məhkəməyə göndərdiyi etiraz məzmunlu ərizəsinə münasibətdə isə məhkəmə bildirir ki, inzibati protokolda qeyd edilmiş pozuntular və onların protokolun tərtib edildiyi zaman mövcud olmamasına dair qeyd olunanların qarşılığında inzibati orqan qanunamüvafiq icazə və əvvəlcədən məlumatlandırma aparmaqla yoxlama həyata keçirmiş, aşkar etdiyi pozuntuları fotoşəkil və akt tərtib etməklə protokoluna əlavə etmişdir. Şirkətin səlahiyyətli nümayəndələri isə hazırda məhkəməyə nöqsanların mövcud olmamasına dair həmin protokolda heç bir qeyd və etiraz etməmiş, bunun əksini təsdiq edən sübutlarını nə məhkəməyə, nə də protokol tərtib edən orqana təqdim etməmişlər. Məhkəməyə göndərilən məktubda isə inzibati orqanın aşkar etdiyi nöqsanları sadəcə sadalamaqla onların mövcud olmadığını bildirmişdir. Təbii ki, şəxs təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, lakin hazırki vəziyyətdə məhkəmə hesab edir ki, inzibati protokolu tərtib etmiş orqan icraatı tam qanunauyğun şəkildə apararaq tərtib etmiş olduğu sənədin əsaslılığını sübuta yetirmişdir və şəxsin inzibati məsuliyyətə cəlb edilərək tənbehlənməsini aradan qaldıran heç bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 115-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar