Məhkəmə qərarları › İş №3(032)-371/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-371/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-371/2024 15.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 26 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Əbilov X1 şəhəri 1 May küçəsi Şirvan-Hacıqabul yolunun sol yamacında “Nur Petrolun” yaxınlığında icarə əsasında idarə etdiyi avtoyumanın tullantı suyunu ətraf əraziyə axıtmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttiş Zamin Səmədov, aparıcı məsləhətçi Elmar Quliyev və məsləhətçi Hüseyn Əkbərli tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, 146 nömrəli aktdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən “X2 haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikası qanunlarını, “Su Məcəlləsi”ni və bu sahədə qəbul edilmiş digər normativ hüquqi aktları rəhbər tutaraq Şirvan şəhər inzibati ərazisində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri 1 May küçəsi Şirvan-Hacıqabul yolunun sol yamacında “Nur Petrol” un yaxınlığında fəaliyyət göstərən avtotəmir sexlərinin yaxınlığında bərk tullantıların yanması və həmin ərazidə fəaliyyət göstərən avtoyumanın tullantı suyunun yağış sularının axıdılması üçün nəzərdə tutulmuş küvet vasitəsilə ətraf əraziyə axıdıldığı müşahidə olundu. Araşdırma zamanı qeyd olunan avtotəmir sexlərinin və avtoyumanın Şəxs işlətdiyi müəyyən olundu. Şəxs izahat verərək “sözügedən obyektin Azər Kərimova məxsus olduğunu, obyekti etibarnamə əsasında icarəyə götürdüyünü, avtotəmir sexlərinin fəaliyyəti zamanı formalaşan bərk tullantıları qanun pozuntusu olduğunu bilmyərəkdən yandırdığını, avtoyumanın fəaliyyəti zamanı əmələ gələn maye tullantıların ətraf əraziyə axıdılmasının qanun pozuntusu olduğunu bilmədiyini” qeyd etdi. Araşdırma zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun və “Su Məcəlləsi”nin 103-cü maddəsinin tələblərinin pozulduğu müəyyən olundu. Bununla bağlı Şəxs qanunverciliyin tələbləri izah olundu. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Şəxs 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, Şirvan şəhəri 1 May küçəsi Şirvan-Hacıqabul yolunun sol yamacında “Nur Petrol” un yaxınlığında fəaliyyət göstərən avtotəmir sexlərini və avtoyumanı etibarnamə əsasında icarəyə götürmüşdür. Obyektin arxa hissəsində formalaşan bərk tullantı qanun pozuntusu olduğunu bilməyərəkdən yandırmışdır. Avtoyumanın suyunu isə yağış sularının axıdılması üçün nəzərdə tutulmuş küvetə axıdıraraq həmin küvetin kollektora töküldüyünü zənn etmiş, ətraf mühitə axıdılacağını bilməmişdir. Bunun qanun pozuntusu olduğunu bilsəydi etməzdi. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən Şirvan şəhəri 1 May küçəsi Şirvan-Hacıqabul yolunun sol yamacında “Nur Petrolun” yaxınlığında icarə əsasında idarə etdiyi avtoyumanın tullantı suyunu ətraf əraziyə axıtmışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.2.3-cü maddəsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni: içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən sonuncunun şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ağırlaşdıran halların isə olmamasını nəzərə almağı məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 262.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar