Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-377/2025 11.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Şirvan şəhər X12 patrul xidməti inspektoru polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1980-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri Yol patrul xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:20 radələrində Şirvan şəhər Mahir Mirzəyev küçəsində «Opel Vectra» minik markalı, ** UR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə müvafiq icazə olmadan, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan xüsusi (çoxavazlı) səs siqnalı quraşdıraraq istifadə etmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs inzibati xəta haqqında protokol ilə razılaşaraq bildirmişdir ki, «Opel Vectra» minik markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə onun tərəfindən etibarnamə olmadan idarə edilmişdir. Həmin tarixdə Şirvan şəhər M.Mirzəyev küçəsində Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxla işarəsi verilmiş və o avtomobilini saxlamışdır. Əməkdaş tərəfindən ona avtomobildə çoxavazlı səs siqnalının olduğu bildirilmişdir. Həmin vaxt avtomobilə baxış keçirilərkən mühərrik hissədə çoxavazlı səs siqnalı aşkar olunmuşdur. Çoxavazlı səs siqnalı onun oğlu tərəfindən avtomobilə quraşdırılmışdır. Hazırda əməldən peşmandır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Şirvan şəhər X12 patrul xidməti inspektoru polis baş serjantı X1 şəhər Polis şöbəsinin DYPB-si tərəfindən tərtib edilmiş 08 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə Şirvan şəhər X12 patrul xidməti inspektoru polis baş serjantı X4, Şirvan şəhər X12 patrul xidməti inspektoru polis baş serjantı X9, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Şəxs, hal şahidləri Şirvan şəhər, F.X.Xoyski küçəsi, ev 34-də yaşayan X3 və Şirvan şəhər, S.Zeynalov küçəsi, ev 14, mənzil 1-də yaşayan X6 iştirakları tərtib edilmiş 08 aprel 2025-ci il tarixli protokolda qeyd edilmişdir ki, Şəxs idarə etdiyi «Opel Vectra» minik markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Baxış zamanı avtomobilin ön alın şüşəsinin qarşısından 1 ədəd müvafiq icazə olmadan operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş sayrışan işıq siqnalı və mühərrik olan hissədən isə 1 ədəd çoxavazlı səs siqnalı aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X5 törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ««Opel Vectra» minik markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış olan 1 ədəd çoxavazlı səs siqnalı aktlaşdırılaraq Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir (maddə 26.1). İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir (maddə 26.2). Həmin Məcəllənin 151-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xətanın predmeti olan 1 ədəd çoxavazlı səs siqnalı müsadirə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyası çərçivəsində, inzibati xətanın törədilməsində alət olan xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə havalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-377/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-377/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver