Məhkəmə qərarları › İş №3(032)-38/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-38/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-38/2025 22.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Şikayət vermiş şəxs X1, Şirvan şəhər Polis Şöbəsinin YPX-nin baş inspektoru X2 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 25209965 nömrəli elektron qərarın ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 25209965 nömrəli elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin xx.xx.2024-cü il arxli, EQ 25209965 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, “Toyota” minik markalı, **-OR-*** dövlət qeydiyyat nömrəli minik avtomobili ilə hərəkət edən zaman o yola qaydalara uyğun avtomobili idarə etmiş və heç bir qayda pozuntusu etməmişdir . Belə ki, həmin vaxt avtomobildə texniki nasazlıq yaranmış və avtomobildə olan azyaşlı uşaqlar yanıq iyinə görə avtomobildə tüstüdən boğulmaqlarına əsasən o məcburən qarşısında bir avtomobil olmağına görə digər avtomobillər üçün hər hansı bir qayda pozuntusu törətmədən avtomobili kənara çəkmişdir. Lakin qərarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması qeyd edilmişdir. Halbuki həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməmişdir. Hesab edir ki, adıçəkilən qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 tərəfindən sözügedən inzibati xətaya yol verildiyini bildirsə də şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şirvan şəhər Polis Şöbəsinin YPX-nin baş inspektrou X4 izahat verərək bildirdi ki, Şirvan şəhəri 1 May küçəsindən Sabirabad istiqamətində nəqliyyat vasitələri hərəkətdə olmuşdur. Ümumiyyətlə həmin yolda 25-30 m aralığında ötməni qadağan edən yol nişanı var. Videogörüntüyə baxdıqda müəyyən olunur ki, “Toyota” minik markalı, **-OR-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü qarşısındakı avtomobilin arxasınca asta-asta hərəkət etmək və ya avtomobilin hərəkətini dayandırmaq əvəzinə əvəzinə, əks istiqamətli hərəkət zolağına keçməklə hərəkətini davam etdirmiş, bununla da qaydanı pozmuşdir. Şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsini dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 25209965 nömrəli qərarından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 17:05:36-da xətanın yeri olan Şirvan şəhəri 1 May küçəsində “Toyota minik” markalı ** OR *** dövlət qeydiyyat nömrəli avtomobili ilə əks istiqamətli hərəkət zolağına ötmə qaydasını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Məhkəmə iclasında yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı qeydiyyata alan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “Toyota minik” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şirvan şəhəri 1 May küçəsindən üzü Sabirabad istiqaməti ilə hərəkət edib əks istiqamətli hərəkət zolağına çıxmaqla hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin V hissəsinə əsasən nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında-baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) ötmə qadağandır. Beləliklə iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, “Toyota minik” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 xx.xx.2024-cü il tarixdə saat 17:05:36-da Şirvan şəhəri 1 May küçəsində hərəkət zamanı avtomobili ilə əks istiqamətli hərəkət zolağına ötmə qaydasını pozmaqla davam etdirmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibini yaradan inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 xx.xx.2024-cü il tarixli, EQ 25209965 nömrəli elektron inzibati xəta haqqında qərardan verilmiş şikayəti əsassız olduğundan təmin olunmamaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 25209965 nömrəli elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar