Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-382/2023 06.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhəri, Ş.Şükürov küçəsi 19 saylı evin 12 nömrəli mənzilində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq,məhkəmə müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 3(032)-1464/2022 saylı, 23 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 3(032)-1464/2022 saylı, 23 noyabr 2022-ci il tarixli icra sənədi üzrə 500 manat məbləğində cəriməni ödəmiş, borcu qalmamışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra Şöbəsinin böyük icra məmuru X3 izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev X2 şəhər Məhkəməsinin 3(032)-1464/2022 saylı, 23 noyabr 2022-ci il tarixli icra sənədində göstərilən 500 manat məbləğində cəriməni qanunla müəyyən edilmiş müddət ərzində ödəmədiyindən, barəsində İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.Hazırda isə cəriməni ödəmiş, bununla da icra sənədi tam olaraq icra olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Ağayev X2 şəhər Məhkəməsinin 3(032)-1464/2022 saylı, 23 noyabr 2022-ci il tarixli icra sənədində göstərilən məbləğin ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra Şöbəsinin icra məmuru xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, Şəxs 500 manat məbləğində cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsinin birinci bəndinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, X1 şəhər Məhkəməsinin 3(032)- 1464/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cəriməni hazırki inzibati xəta haqqında iş üzrə qərar qəbul edilənədək ödədiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub,məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(032)-382/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-382/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver