Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-384/2025 24.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, X1 iştiarkı ilə, X5 barəsində İmişli rayonu polis kapitanı X6 tərəfindən tərtib edilmiş 20 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş DİN-nin X11 X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında qərar vermiş DİN-nin X11 X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə EQ ******* nömrəli protokol tərtib etmiş, lakin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ilə 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında qərar vermiş DİN-nin X11 X4 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarda onun idarə etdiyi “FORD TRANSİT” yük markalı, ** SU *** Dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İmişli-Çaxırlı yolu ilə Hacıqabul-Horadiz yolunun kəsişməsi ərazidə yolayrıcını keçmə qaydalarını pozduğunu qeyd etmişdir. Barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayırıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə dair təqsirli bilinərək qərar verilmişdir. O, Bəhrəmtəpə dairəsindən üzü Şirvan şəhərinə tərəf hərəkət edərkən, DİN-nin X11 X3 X12 Müfəttişi avtomobili ilə Biləsuvar rayon yolundan İmişli rayonu, Çaxırlı kəndi yolundan asfalta çıxaraq dairəyə girərək, sol tərəfini gözləyərək hərəkət etdiyi halda, yəni DİN-nin X11 X2 dövlət yol polis müfəttişliyinin idarə etdiyi avtomobilin sol tərəfində, avtomobil isə onun sağ tərəfində hərəkət edərkən, halbuki baş yolda hərəkət etməli olduğu halda girmiş dairəyə və yolu ilə hərəkət edərkən, DİN-nin X11 X2 dövlət yol polis müfəttişoiyinin idarə etdiyi ** YP *** dövlət nömrə nişanlı avtomobil tərəfindən heç bir xəbəredici nişanları yanmadığı və siqnal vermədiyi halda, DİN-nin X11 X2 dövlət yol polis müfəttişliyi arxasınca avtomobili sürərək, saxla əmri vermişdir. Dairəni keçdikdən sonra düz əsas yolda təxminən 100-200 metrə hərəkət edərək yolun sağ tərəfinə avtomobili verərək saxlamışdır. Avtomobildən 3 nəfər X12 müfəttişi düşərək avtomobilinə yaxınlaşaraq, ona idarə etdiyi avtomobillə dairədə X12 müfəttişinə yol verməli olduğunu, lakin vermədiyi üçün 100 manat cərimə olunduğunu bildirərək barəsində inzibati protokol tərtib edildiyini bildirdilər. Lakin onun tərəfindən əsaslı olaraq öz etirazını bildirərək dairənin asfalt üzərində işarənin onun tərəfindən hərəkət etdiyinə dair sübutu onların diqqətinə çatdırsa da, amma onlar razılaşmayaraq, bütün hallarda yol onların olduğuna görə yol verməli olduğunu bildirərək özlərinə bəraət qazandırmağa çalışdılar. Halbuki, inzibati protokol qərarsız verildiyinə görə onlardan görüntünü tələb edə bilməsin. Bu səbəbdən də qərar onun mobil telefonuna mesaj formasında gəldiyinə görə onun tərəfindən xx.xx.2025-ci il tarixdı DİN-nin qaynar xəttinə şikayət etmiş, lakin qeydiyyatına alınmasına baxmayaraq, bu günə kimi ona şikayətlə bağlı heç bir rəsmi məlumat verilməmişdir. Bu səbəbdən də sonuncu şikayətinin qeydə alındığı tarixdən sonra məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Belə olan halda onun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulmasında təqsirli olmağı nə ilə sübuta yetirilir. DİN-nin X11 X2 X12 müfəttişinin formal mülahizə xarakterli tərtib etdiyi protokoldan savayı hər hansı bir görüntü olmadığından əsassız hesab edilməlidir. Həmin halların sübuta yetirilməsi barəsində inzibati xəta haqqında qərar tərtib etmiş tərəfin üzərinə düşür. Həmin yolda radar sistemi olmadığından, hesab edir ki, “E-Patrol” DYP avtomobili tərəfindən protokol tərtib edilmişdir. Ona verilmiş konstitusion hüququndan istifadə edərək barəsində inzibati xəta haqqında qərar vermiş DİN-nin X11 X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərar hesab edir ki, qanunsuz olduğundan ləğv edilməlidir. Bunu şikayət ərizəsində qeyd etdiyi əsaslarla əlaqələndirir və hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-in İmişli rayon Polis şöbəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş qurumun nümayəndəsi gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 "FORD TRANSİT" yük markalı, ** SU *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırki şəraitdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozmaqla aparılmışdır və onlara iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsində istinad oluna bilməz. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); inzibati cərimənin məbləği və ödənilməsi qaydası, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında protokolda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında protokolda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X5 iştirakı ilə yenidən araşdırılmalı, əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN İmişli rayon Polis şöbəsi tərəfindən 10 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 20 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. İmişli rayonu polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X7 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN İmişli rayon Polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-384/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-384/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver