Məhkəmə qərarları › İş №3(032)-385/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-385/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-385/2025 01.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Qərarından şikayət verilən DİN Baş X7i idarəsində bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27144073 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27144073 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul-Horadiz yolunun 24 km-də EQ seriyalı, 27144073 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan şikayətçidir. Belə ki, həmin qərar tam əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. İnzibati xətanı törətdiyinə və əməlində xətanın tərkibi olmadığına baxmayaraq qərəzli şəkildə inzibati məsuliyyətə cəlb olunmuşdur. Barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş protokol Hacıqabul-Horadiz yolunun 24-cü kilometrliyində yerləşən təhlükəsiz şəhər kameralarına video nəzarət üçün quraşdırılmış manitorlardan istifadə edilərək çəkilmiş foto şəkillər əsasında tərtib edilmiş və ona qanunsuz olaraq cərimə yazılmışdır. Çünki bu cərimənin yazılması foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəticəsində yazılmamışdır. Bu səbəbdən Hacıqabul-Horadiz yolunun 24-cü kilometrliyində yerləşən təhlükəsiz şəhər kamerasından foto şəkil çəkməklə tərtib edilmiş EQ seriyalı, 27144073 nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərardan şikayət verən şəxs X3 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X4 oğlu izahatında bildirdi ki, şikayətçi Hacıqabul-Horadiz yolunun 24-cü kilometrliyində “Kia Sorento” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta törətməsi qeydiyyata alınmışdır. CD diskin video görüntüsündən də müşahidə olunur ki, şəxs üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçərək nəqliyyat vasitəsini idarə etmişdir. Bu səbəbdən də barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən qərarı əsaslı hesab edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək belə hesab edir ki, şikayət aşağıda əsaslara görə təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27144073 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında DVD diskin nümayişi eyni zamanda əlavə edilmiş fotoşəkillərin tədqiqi zamanı müəyyən edilmişdir ki, “Kia Sorento” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçərək nəqliyyat vasitəsini idarə etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, şikayətçinin barəsində tərtib olunmuş qərarın ləğv edilməsi üçün əsas olan sübutları məhkəməyə təqdim etmədiyindən, onun şikayət ərizəsində göstərmiş olduğu mülahizəsini əsassız kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd olunan maddənin məzmununa əsasən inzibati xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə biləcəyi və bunun əsasında da inzibati xəta haqqında qərar qəbul edilə biləcəyi mümkünlüyü birmənalı olaraq qanunverici tərəfindən müəyyən olunmuşdur. Həmçinin, məhkəmə hazırki iş üzrə şikayətçinin inzibati qərarın ləğvi üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, tədqiq olunmuş foto və video görüntülərdən məlum olur ki, hazırki inzibati xəta şikayətçinin idarə etdiyi “Kia Sorento” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçərək nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmiş, bunun əsasında da elektron qərar qəbul edilmiş və şəxs haqlı olaraq cərimələnmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Belə ki, inzibati xətanın təhlükəsiz şəhər kameraları vasitəsilə aşkara çıxarılması ilə əlaqədar qanunverici tərəfindən hər hansı bir istisna müəyyən edilməmişdir. Hazırki vəziyyətdə isə inzibati xətanın baş verdiyini təsdiq edən sübut kimi video müşahidə kamerasının görüntülərinin obyektivliyi şübhə altına alına bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27144073 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27144073 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar