Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-387/2023 09.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1992-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs 29 noyabr 2022-ci il tarixdə X2 məxsus dəyəri “Piramida” adlı mağazadan 1 ədəd qabda dəyəri 44 manat olan 2 ədəd qol saatını və dəyəri 30 manat olan 1 ədəd saatı gizli olaraq talamışdır. İnzibati xəta hadisəsinin olması 08 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 izahatları, sübutların qiymətləndirilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 26 noyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində o, Gəncə şəhərindən yol maşını ilə Bakı şəhərinə yola düşmüş və saat 05 radələrində o, Hacıqabul rayonunda çatmış, həmin vaxt yol getdiyi avtomobil xarab olmuş, o da, ordan taksi vasitəsi ilə Şirvan şəhərinə “Köhnə bazar” deyilən əraziyə gəlmiş, həmin vaxt əlində çanta ilə birlikdə bazarda gəzmiş və oradan olan mağazalara baş çəkmiş, həmin gün saat 09 radələrində “Piramida” adlı mağazaya girmiş, həmin vaxt mağazada bir nəfər şəxs olmuş, o, mağazada biraz gəzmiş və satılan aksesuarların açıq və göz qabağında olanlarına baxmış, sonra isə orada olan açıq vitrindən 1 ədəd qol saatını götürmüş və çantasına qoymuş, sonra isə yan tərəfdə yerləşən vitrinə tərəf gəlmiş və qabında əyilib qutuda 2 ədəd saat görmüş və vitrinin açıq hissəsindən həmin qutunu içərisində olan 2 ədəd saatla birlikdə götürmüş və əlində olan sellofan çantaya qoymuş, sonra isə mağazanı gəzər kimi bir orada gəzmiş və mağazadan çıxıb getmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində yerləşən “Piramida” mağazasını işlədir, mağazasında satıcısı olmadığından mağazada özündən başqa kimsə işləmir. 26 noyabr 2022-ci il tarixdə 09 radələrində işlətdiyi “Piramida” mağazasına gəlmiş və mağazanı açıb işə başlamışdır. Həmin vaxt mağazaya müxtəlif müştərilər gəlmişlər və mağazadan müxtəlif əşyalar almışlar. Həmin günü axşamı o, mağazada olan malları sayarkən 1 ədəd qabda 44 manat dəyərində iki ədəd saatın və 1 ədəd 30 manat dəyərində saatın yerində olmadığını görmüş, həmin vaxt o, başı qarışıq olduğundan həmin əşyaları satdığını fikirləşmiş, 29 noyabr 2023-cü il tarixdə o, mağazada olarkən polis əməkdaşları gəlmişlər və onun mağazası ilə paralel cərgə də yerləşən İsmayıl Tərlanova məxsus mağazadan oğurluq olması ilə əlaqədar mağazasında olan müşahidə kamerasına baxmaq istədiklərini bildirmişlər, həmin vaxt mağazasında olan videomüşahidə kamerasında 29 noyabr 2022-ci il tarixə olan görüntülərə baxılmış, baxış zamanı ona məxsus mağazadan vitrindən tanımadığı şəxsin oğurluq etməsi müayyan edilmişdir. Bundan sonra o, ona məxsus mağazadan da oğurluq olması barədə yazılı olaraq Şirvan şəhər PŞ-nə ərizə ilə şikayət etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha ağır inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş « sübutların qiymətləndirilməsi haqqında» 10 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs 29 noyabr 2022-ci il tarixdə X2 məxsus dəyəri “Piramida” adlı mağazadan 1 ədəd qabda dəyəri 44 manat olan 2 ədəd qol saatını və dəyəri 30 manat olan 1 ədəd saatı gizli yolla oğurlayaraq talaması faktı ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şirvan şəhər X4 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 08 mart 2023-cü il tarixdə, saat 22.20-də inzibatı qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyəti nəzərə alınmaqla ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın mülkiyyət əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 08 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-387/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-387/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver