Məhkəmə qərarları › İş №3(032)-387/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-387/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-387/2025 06.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi Hüseynov Elvin Nizami oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC 117160.00 ABŞ dolları məbləğində olan vəsaiti 24 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddətində 19051.30 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Protokolda xətanın 25 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilməsi qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol va ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə uyğun olaraq baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. "xxxx" MMC ilə "Rustavi Steel” LLC arasında 219 mm va 168 mm ölçüdə tikişsiz polad boruların alınması üçün xx.xx.2022-ci il tarixli RSİN0610 nömrəli və xx.xx.2022-ci il tarixli RSİNN2111 nömrəli müqavilələr bağlanmışdır. (Bunlardan başqa müqavilələrin 11.4 bəndinə əsasən müqavilələr üzrə əlavə razılaşma imzalanmışdır.) xx.xx.2022-ci il tarixli, RSİN0610 nömrəli müqaviləyə əsasən 1 tonun qiyməti 1100 dollar olan 219 mm-lik ölçüdə ümumi dəyəri 814808,5 dollar məbləğində 740,735 ton tikişsiz polad boru, xx.xx.2022-ci il tarixli RSİNN2111 nömrəli müqaviləyə əsasən 1 tonun qiymati 1100 dollar olan 168 mm-lik ölçüdə ümumi dəyəri 271555,9 dollar məbləğində 246,869 ton tikişsiz polad boru alınmışdır. Cəmiyyət ilə "xxxx"xxxx"Azər-Türk Bank ASC-də olan hesabdan həmin şirkətin bank hesabına xx.xx.2022-ci il tarixdə 293 280.00 dollar, xx.xx.2022-ci il tarixdə 188.550,00 dollar, xx.xx.2022-ci il tarixdə 176.300,00 dollar, xx.xx.2022-ci il tarixdə 57.998.00 dollar, xx.xx.2023-cü il tarixdə 58.570,00 dollar, xx.xx.2023-cü il tarixdə 117.160,00 dollar, xx.xx.2023-cü il tarixdə 117.200,00 dollar, xx.xx.2023-cü il tarixdə 25.962,20 dollar, xx.xx.2023-cü il tarixdə 28.255,70 dollar, xx.xx.2023-cü il tarixdə 23.089.00 dollar cəmi 1.086.364.90 dolları vəsait qabaqcadan avans olaraq köçürülmüşdür. Göstərilən məbləğin köçürülməsi və malların alınması xx.xx.2023-cü il tarixli üzləşmə aktında da öz əksini tapır. Həmin vəsait müqabilində sifariş verilmiş malların hamısı ölkəyə idxal olunmuş və təyinatı üzrə istifadə edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola görə, hüquqi ünvanı ünvan 1də olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 57998.00 ABS dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)- 120/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati xəta törətmiş "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Odur ki, tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" MMC, bundan sonra alıcı nizamnamə əsasında fəaliyyət göstərən direktor X4 şəxsində və "xxxx" MMC, bundan sonra təchizatçı, nizamnamə əsasında fəaliyyət göstərən direktor Nuqzar Kaçuxaçvili şəxsində digər tərəfdən, bundan sonra tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, RSİN0610 saylı müqavilədən görünür ki, 1 tonun qiyməti 1100 dollar olan 219 mm-lik ölçüdə ümumi dəyəri 814808,5 dollar məbləğində 740,735 ton tikişsiz polad boruları, bundan sonra “ Məhsul” təchiz etməyi, alıcı isə qəbul etməyi və ödəməyi öhdəsinə götürür. Bir tərəfdən "xxxx" MMC , bundan sonra alıcı nizamnamə əsasında fəaliyyət göstərən direktor X4 şəxsində və "xxxx" MMC, bundan sonra təchizatçı, nizamnamə əsasında fəaliyyət göstərən direktor Nuqzar Kaçuxaçvili şəxsində digər tərəfdən , bundan sonra tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, RSİNN2111 saylı müqavilədən görünür ki, 1 tonun qiymati 1100 dollar olan 168 mm-lik ölçüdə ümumi dəyəri 271555,9 dollar məbləğində 246,869 ton tikişsiz polad boruları, bundan sonra “ Məhsul” təchiz etməyi ,alıcı isə qəbul etməyi və ödəməyi öhdəsinə götürür. Məhkəmə şikayətlə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli qərarına əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyinə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci 16 dekabr il tarixli Qərarlarında Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o, cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Hazırki inzibati protokol üzrə inzibati məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin inzibati qaydada tənbehlənməsindən öncə məhkəmə, yuxarı instansiya məhkəməsinin tövsiyyəsinə əsasən inzibati məsuliyyətin sütunu olan əməlin tərkibini birbaşa formalaşdıran təqsir məhfumuna toxunmağı zəruri bilir. Belə ki, yuxarıda qeyd olunduğu kimi yalnız bu İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərinə adekvat olaraq səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin təqsirləndirildiyi müvafiq maddə ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsiri, qorunan ictimai münasibətlərə qarşı edilən qanunsuz əməlin qəsdi müəyyən edilməli, baxılan əməlin inzibati xəta kimi xarakteri tədqiq edilməlidir. İlk öncə araşdırılan xətaya münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliklə bu kimi qoruyucu tədbirlərin həyata keçirilməsində məqsəd təbii ki, sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, valyuta nəzarətinin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması və ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan “ATB “ ASC-nin sorğusunu nəzərdən keçirdikdə müəyyən edilmişdir ki, "xxxx" MMC 117160.00 ABŞ dolları məbləğində olan vəsaiti 24 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürmüşdür. "xxxx" ASC həmin müraciətdə **********2310, **********2346, **********2454, **********5344, **********5584, **********6867 saylı yük gömrük bəyannamələrini nəzərdən keçirdiklərini və 19051, 30 ABŞ dolları məbləğində malı və ya xidməti təsdiq edən sənədləri banka təqdim olunmasına dair tələbin yerinə yetirilmədiyi qeyd edilmişdir. Məhkəmə iclası zamanı yuxarıda qeyd edilən yük gömrük bəyannamələri üzrə göndərilən malların invoys dəyəri 161054,3 ABŞ dolları və ümumi gömrük dəyərinin isə 164354,3 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin təqdim etdiyi sənədlər əsasında materialları tədqiq etdikdə xaricə köçürülmüş məbləğin dəyərindən az məbləğdə mal və xidmətin daxil olmasını müəyyən etməmişdir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Yəni qanunvericilik hadisənin hüquqi qiymətləndirilməsinin ilk addımı kimi şəxsin təqsirlilik məsələsinin səlahiyyətli orqan tərəfindən müəyyən edilməsini göstərir. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür və bu fəaliyyəti subyektlər müqavilə azadlığı şəraitində həyata keçirirlər. Beləliklə, məhkəmə bütün xüsusatları ümumiləşdirərək belə qənaətə gəlir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil, yəni inzibati xəta haqqında protokolda göstərilən inzibati hüquqpozma məhkəmə iclasında öz təsdiqini tapmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: “İnşaatçı-Neftçi MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar