Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-388/2023 13.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin sədri X1, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, xx.xx.1990-cı ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-də satış təmsilçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş olan inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs 02 mart 2023-cü il tarixdə saat 22.30 radələrində Şirvan şəhəri Energetik küçəsində « Vaz 21074 » minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İnzibati xəta hadisəsinin olması 02 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 02 mart 2023-cü il tarixdə « Vaz 21074» minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şirvan şəhəri Energetik küçəsində idarə edərkən polis əməkdaşı tərəfindən saxlanılmış, hərəkətləri ilə şübhə yaratdığı üçün ondan test götürülmüş, müayinə nəticəsində onun alkoqollu içki qəbul etdiyi müəyyən olunmuşdur. Əməlindən peşmandır. O, "xxxx" MMC-də satış təmsilçisi işləyir, himayəsində üç azyaşlı uşağı vardır. Ailənin yeganə qazanc gətirəni odur. Odur ki, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşə əlavə edilmiş xx.xx.2023-ci il tarixli 06005 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,440 % müəyyən edilmişdir. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs ilə X4 ilə nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 may 2019-cu il tarixdə 219 nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki,xx.xx.2020-ci il təvəllüdlü X7 atası Şəxs,anası X2r. İşə əlavə edilmiş vətəndaşın iş yeri haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs "xxxx" MMC-də Kimberly Clark və GSK Şöbəsində satış təmsilçisi işləyir. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs ailə tərkibi həyat yoldaşı X5, övladları xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X6 ibarətdir . Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. «Qaydalar»ın 2.3-cü bəndinə görə alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. «Qaydaları»n 2.7-cü bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. «Qaydaları»n 3.1-cü bəndinə görə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 -cü maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması, himayəsində üç nəfər azyaşlı uşaqlarının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli,tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən məbləğdə cərimə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(032)-388/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-388/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver