Məhkəmə qərarları › İş №3(032)-389/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-389/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-389/2025 06.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Prokurorluğu Ağdam rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağdam rayon prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında görünür ki, hüquqi şəxs - Şəxs MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – qanuni təmsilçisi X34 xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işğaldan azad olunmuş Ağdam rayonu, Kəngərli kəndi ərazisində tikintisi aparılan yaşayış evlərinin üzərinə "qabançik” adlanan kafel daşlarının və sözügedən yaşayış evlərini əhatə edən əraziyə səki daşlarının düzülməsi işinin aparılmasına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X45 ov nu, X12, X24, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə X4 usta kimi işə cəlb etmiş, bununla da, "UPSİLON” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Ağdam rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, Şəxs MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Ağdam rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMCni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, qanuni təmsilçisi X34 hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işğaldan azad olunmuş Ağdam rayonu, Kəngərli kəndi ərazisində tikintisi aparılan yaşayış evlərinin üzərinə "qabançik” adlanan kafel daşlarının və sözügedən yaşayış evlərini əhatə edən əraziyə səki daşlarının düzülməsi işinin aparılmasına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X45 ov nu, X12, X24, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə X4 usta kimi işə cəlb etmiş , bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ağdam rayon X38 X1 özünə xəsarət yetirməsi ilə bağlı istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna daxil olmuş material əsasında araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, X25 əmək müqaviləsi əsasında usta işlədiyi xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Ağdam rayon işğaldan azad edilmiş, Kəngərli kəndi ərazisində yerləşən yeni tikilmiş tikinti sahəsində Şəxs MMC tərəfindən işlədiyi əmək haqqının verilməsinin gecikdirilməsi səbəbi ilə əsəbləşərək boş torpaq sahəsindən tapdığı şüşə butulkanı sındırıb, sol qolunun bilək nahiyəsini təxminən 3-4 dəfə kəsərək sol saldin orta aşağı 1/3nin ön səthinin səthi kəsilmiş yaraları olan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcləri təyin edilməyən özü-özünə xəsarət yetirmişdir. Odur ki, araşdırma zamanı X8 özünə xəsarət yetirməsində hər hansı şəxs(lər)in, X6 və X17 əməlində Azərbaycan Respublikası CM-in 125-ci maddəsində nəzərdə tutulan cinayət tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, bundan başqa araşdırma zamanı X9, X10, X18 və X3 əmək müqaviləsi olmadan Şəxs MMC-də işə cəlb edildiklərindən cəmiyyətin, yəni hüquqi şəxsin Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsi üzrə inzibatı məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi qərara alınmışdır. Sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdam rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X19 Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərini rəhbər tutaraq icraatıma araşdırma aparılan 202C-24 nömrəli material üzrə Ağdam rayon prokurorluğunun inzibati binasında xidməti otağında Azərbaycan Respublikası Baş Prokurorluğunun “X5 Sistemi”-dən X26, X20, X35 və X7 barəsində əmək müqaviləsi məlumatlarına dair sənədlərə baxış keçirilmiş, baxış zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun “X5 Sistemi”-də elektron sorğu modulunda X26, X27, X35 və X7 barələrində əmək müqaviləsi məlumatlarına dair sənədlərdə Şəxs MMC ilə həmin şəxslər arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. X27 tərəfindən xx.xx.2025-ci il tarixdə Ağdam rayon prokurorluğuna verilmiş izahatından görünür ki, X13 tanıyır, aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi olmadan Ağdam rayon, Kəngərli kəndi ərazisində yaşayış evlərinin tikintisini aparan Şəxs MMC-də evləri əhatə edən torpaq sahəsinin üzərinə tamet və bardyor vurmaqla məşğul olmuşdur. Həmin tikinti sahəsində onun ilə birlikdə digər iş yoldaşları X28, X26, X36, X33, X11 tamet və bardyor işlərini görmüşlər. Həmçinin, həmin cəmiyyətdə onun dostu X7 və dostu X37 da həmin cəmiyyətdə təxminən xx.xx.2024-cu il tarixdən Şəxs MMC-də fərdi yaşayış evlərinin üzərinə qabançik adlanan dekorativ daşların düzülməsi işlərini yeri yetirmişlər. O, X28, X26, X27, X33, X36 11 gün müddətində yəni, xx.xx.2024-cü il tarixədək tikinti sahəsində tamet döşənməsi və bardyor vurulması işini görmüşlər. X2 da Şəxs MMC-də xx.xx.2024-cü il tarixədək və dostu X37 isə cəmiyyətdə 2 gün yəni, xx.xx.2024-cü il tarixədək işləyib çıxmışlar. Onu və digər həmkarları işə Şəxs MMC-də usta işləyən X14 qəbul etmiş, əmək haqqlarını özü verəcəyini bildirmiş və şirkətdə işləməyə cəlb etmişdir. Lakin Şəxs MMC-də onları götürən Bəhruz müəllim işləməklərinə baxmayaraq əmək haqqlarının verilməsini gecikdirirdi. Bundan sonra xx.xx.2024-cü il tarixdə işini yekunlaşdırdıqdan sonra X31 əmək haqqını tələb edirdi. Lakin Bəhruz hər dəfəsində əmək haqqının yaxın zamanlarda köçəcəyini bildirirdi. Bundan sonra xx.xx.2024-cü il tarixdə Bəhruz əmək haqqının veriləciyini bildirmişdir. Bundan sonra Niyaz o və digər ustalar ilə birlikdə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin tikinti sahəsinə yollanmışlar, Ağdam rayon işğaldan azad edilmiş, Kəngərli kəndi ərazisində yerləşən yeni tikilmiş tikinti sahəsinə yollanıb cəmiyyətdə icraçısı işləyən Gündüz adlı şəxslə danışaraq Bəhruz müəllimin onların əmək haqqlarını vermək üçün çağırdığını bildirmişlər, Gündüz isə əmək haqqının verilməsinin ona aid olmadığını bildirmişlər. Bundan sonra Niyaz ümumiyyətlə əsəbi olduğu üçün artıq əmək haqqını ala bilmədiyinə görə əsəbləşməyə başlamışlar. Bundan sonra Niyaz Bəhruz ilə telefon vasitəsilə danışan zaman sonuncu banka yaxınlaşacağını və əmək haqqlarını oradan göndərəcəyini bildirmişdir. Bundan sonra Niyaz daha da əsəbləşərək onlardan uzaqlaşmış, xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində boş torpaq sahəsinə keçib oradan tapdığı şüşə butulkanı sındırıb, sol qolunun bilək nahiyəsini təxminən 3-4 dəfə kəsərək özünə xəsarət yetirmişdir. Bundan sonra Niyaza köməklik göstərilib əlini bintlə bağlamışlar. Bundan sonra Niyaz Əlizamanova şirkət tərəfindən lazımı köməklik olundu və bütün əmək haqqı hamıya tamamilə ödənilmişdir. X26 tərəfindən xx.xx.2025-ci il tarixdə Ağdam rayon prokurorluğuna verilmiş izahatından görünür ki, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi olmadan Ağdam rayon, Kəngərli kəndi ərazisində yaşayış evlərinin tikintisini aparan Şəxs MMC-də evləri əhatə edən torpaq sahəsinin üzərinə tamet və bardyor vurmaqla məşğul olmuşdur. Həmin tikinti sahəsində onun ilə birlikdə digər iş yoldaşları X28, X21, X27, X33, X29 tamet və bardyor işlərini görmüşlər. Həmçinin, həmin cəmiyyətdə onun tanışı X7 və dostu X37 da həmin cəmiyyətdə təxminən xx.xx.2024-cu il tarixdən Şəxs MMC-də fərdi yaşayış evlərinin üzərinə qabançik adlanan dekorativ daşların düzülməsi işlərini yeri yetirmişlər. O, X28, X22, X27, X33, X36- 11 gün müddətində yəni, 10.11 .2024-cü il tarixədək tikinti sahəsində-tamet döşənməsi və bardyor vurulması işini görmüşlər. X2 da Şəxs MMC-də xx.xx.2024-cü il tarixədək və dostu X37 isə cəmiyyətdə 2 gün yəni, xx.xx.2024-cü il tarixədək işləyib çıxmışlar. Onu və digər həmkarları işə Şəxs MMC-də usta işləyən X14 qəbul etmiş, əmək haqqlarını özü verəcəyini bildirmiş və şirkətdə işləməyə cəlb etmişdir. Lakin Şəxs MMC-də onları işə götürən Bəhruz müəllim işləməklərinə baxmayaraq əmək haqqlarını verilməsini gecikdirmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə işlərini yekunlaşdırdıqdan sonra X31 əmək haqqını tələb edirmişdir. Lakin Bəhruz hər dəfəsində əmək haqqının yaxın zamanlarda köçəcəyini bildirirmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə Bəhruz əmək haqqının veriləciyini bildirmişlər. Bundan sonra Niyaz onun və digər ustalar ilə birlikdə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin tikinti sahəsinə yollanmışlar. Ağdam rayon işğaldan azad edilmiş, Kəngərli kəndi ərazisində yerləşən yeni tikilmiş tikinti sahəsinə yollanıb cəmiyyətdə iş icraçısı işləyən Gündüz adlı şəxslə danışaraq Bəhruz müəllimin onların əmək haqqlarını vermək üçün çağırdığını bildirmişlər, Gündüz isə əmək haqqının verilməsinin ona aid olmadığını bildirmişlər. Bundan sonra Niyaz ümumiyyətlə əsəbi olduğu üçün artıq əmək vasitəsilə danışan zaman sonuncu banka yaxırlaşacağını və əmək haqqlarını oradan göndərəcəyini bildirmiş, bundan sonra Niyaz daha da əsəbləşərək onlardan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində boş torpaq sahasinə keçib oradan tapdığı şüşə butulkanı sındırıb, sol qolunun bilək nahiyəsini təxminən 3-4 dəfə kəsərək özünə xəsarət yetirmişdir. Bundan sonra Niyaza köməklik göstərilib əlini bintlə bağladılar, Bundan sonra Niyaz Əlizamanova şirkət tərəfindən lazımı köməklik olunmuş və bütün əmək haqqı tamamilə ödənilmişdir. X7 tərəfindən xx.xx.2025-ci il tarixdə Ağdam rayon prokurorluğuna verilmiş izahatından görünür ki, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi olmadan Ağdam rayon, Kəngərli kəndi ərazisində yaşayış evlərinin tikintisini aparan Şəxs MMC-də fərdi yaşayış evlərinin üzərinə qabançik adlanan dekorativ daşların düzülməsi işlərini həyat keçirtmişdir. Həmin tikinti sahəsində onun ilə birlikdə digər iş yoldaşları X28, X26, X27, X33, X21və X29 tamet və bardyor işlərini görmüşlər. Həmçinin, o və X37 da həmin cəmiyyətdə təxminən xx.xx.2024-cu il tarixdən Şəxs MMC-də fərdi yaşayış evlərinin üzərinə qabançik adlanan dekorativ daşların düzülməsi işlərini yeri yetirmişlər. X21, X28, X26, X27, X33, X36 11 gün müddətində yəni, xx.xx.2024-cü il tarixədək tikinti sahəsində tamet döşənməsi və bardyor vurulması işini görmüşlər. Həmçinin, o da Şəxs MMC-də xx.xx.2024-cü il tarixədək və X37 isə cəmiyyətdə 2 gün yəni, xx.xx.2024cü il tarixədək işləyib çıxmışlar. Onu və digər həmkarları işə Şəxs MMC-də usta işləyən X14 qəbul etmiş, əmək haqqlarını özü verəcəyini bildirmiş və şirkətdə işləməyə cəlb etmişdir. Lakin Şəxs MMC-də onları işə götürən Bəhruz müəllim işləməklərinə baxmayaraq əmək haqqlarının verilməsini gecikdirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə işini yekunlaşdırdıqdan sonra X31 əmək haqqını tələb edirdi. Lakin Bəhruz hər dəfəsində əmək haqqının yaxın zamanlarda köçəcəyini bildirirdi. Bundan sonra xx.xx.2024-cü il tarixdə Bəhruz əmək haqqının veriləciyini bildirmişdir. Bundan sonra Niyaz o və digər ustalar ilə birlikdə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Şəxs MMCnin tikinti sahəsinə yollanmışlar. Ağdam rayon işğaldan azad edilmiş, Kəngərli kəndi ərazisində yerləşən yeni tikilmiş tikinti sahəsinə yollanıb cəmiyyətdə iş icraçısı işləyən Gündüz adlı şəxslə danışaraq Bəhruz müəllimin onların əmək haqqlarını vermək üçün çağırdığını bildirmişlər, Gündüz isə əmək haqqının verilməsinin ona aid olmadığını bildirmişlər. Bundan sonra Niyaz ümumiyyətlə əsəbi olduğu üçün artıq əmək vasitəsilə danışan zaman sonuncu banka yaxırlaşacağını və əmək haqqlarını oradan göndərəcəyini bildirmiş, bundan sonra Niyaz daha da əsəbləşərək onlardan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində boş torpaq sahasinə keçib oradan tapdığı şüşə butulkanı sındırıb, sol qolunun bilək nahiyəsini təxminən 3-4 dəfə kəsərək özünə xəsarət yetirmişdir. Bundan sonra Niyaza köməklik göstərilib əlini bintlə bağladılar, Bundan sonra Niyaz Əlizamanova şirkət tərəfindən lazımı köməklik olunmuş və bütün əmək haqqı tamamilə ödənilmişdir. Şəxs MMC-nin etirazından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində prokurorun inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul edə biləcəyi inzibati xətaların siyahısı qeyd edilmişdir. Həmin inzibati xətalar arasında İXM-nin 192.1- ci maddəsi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022 -ci il tarixli **********4 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Məcəllə) 192.1-192.11 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X40 Xidmətinin rəisi, onun müavinləri, Xidmətin aparatın şöbələrin müdirləri, Xidmətin regional bölmələrinin rəisləri, onların müavinləri baxa bilərlər. Göründüyü kimi, inzibati xətalar məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan hüquq pozuntusunun həqiqətən törədildiyi fərz edilsə belə, həmin maddə üzrə inzibati icraatın aparılması prokurorluq orqanlarının səlahiyyətində deyildir. Buna görə də, Ağdam Rayon Prokurorluğu tərəfindən göndərilmiş inzibati xəta haqqında qərar geri qaytarılmalı və "xxxx" MMC barədə aparılan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1- 18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə görə işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Əmək Məcəlləsinin 4-1-ci bəndinə görə əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4-cü maddəsinin 2- ci hissəsində, X16 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Pelnum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki - Konstitusiyanın əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2- 4- cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir; - Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olubolmaması Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X32 Məcəlləsinin 9- cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Yuxarıda qeyd edilən halları hazırki inzibati xəta haqqında icraat materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə belə hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə icraat başlana bilməzdi. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və izahatlardan müəyyən olunur ki, X21, X28, X26, X27, X33, X36 11 gün müddətində yəni, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tikinti sahəsində tamet döşənməsi və bardyor vurulması işini görmüşlər. X2 da Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və dostu X37 isə cəmiyyətdə 2 gün yəni, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləyib çıxmışlar. Şahidlərin izahatlarından aydın olur ki, onlar həmin işğaldan azad olunmuş Ağdam rayonu Kəngərli kəndi ərazisində gördükləri işləri əmək münasibətləri çərçivəsində deyil, podrat münasibətləri-sifarişçi-podratçı statusundan çıxış edərək həyata keçirmişlər. Belə ki, nə şirkət rəhbərliyindən, nə də şahidlərdən əmək müqaviləsi bağlamaq, əmək normaları və şərtləri əsasında işləmək barədə təklif olmamışdır. Onlar fərdi qaydada işlədikləri işin haqqının işin sonunda birdəfəlik ödənilməklə fəaliyyət göstərmişlər. Şahidlər göstərdikləri fəaliyyətə görə gördükləri işin-xidmətin haqqını sonradan almışdır və bunu izahatlarında bildirmişlər. Onların gələcəkdə əmək müqaviləsi bağlamaq gözləntiləri də olmamışdır. Əmək müqaviləsinin bağlanması sərbəstdir və tərəflərin sərbəst iradəsi əsasında həyata keçirilir. Şahidlər izahatlarında göstərdiklərinə əsasən əsasən artıq həmin işlər başa çatmışdır. Yəni fəaliyyətin davamlı, sistemli xarakter daşımaması, qeyri-mütəmadiliyi də tərəflər arasında hər hansı əmək münasibətini istisna edən haldır. Bu baxımdan şahidlərin gördükləri işin nəticəsində baş vermiş hər hansı hadisə mülki hüquq çərçivəsi ilə həll edilməli hadisədir və əmək qanunvericiliyinin normaları bu sahədə tətbiq edilmir, çünki tərəflər arasında əmək münasibətləri mövcud olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmamışdır. İXM-in 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Odur ki, Şəxs MMC-nin hərəkətlərində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar