Məhkəmə qərarları › İş №3(032)-399/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-399/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-399/2024 10.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs şəhərin N.Nərimanov küçəsində DYPB-nin inspektorunun qanuni tələblərinə qəsdən tabe olmamışdır, həmçinin narkotik vasitənin qəbulu aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evdə yemək yeyib spirtli içki qəbul etmişdir. Sonradan siqareti qurtardığından gedib mağazadan siqaret almaq qərarına gəlmişdir. Həmin gün saat 00:20 radələrində mağazadan siqaret alıb evə gedən vaxt DYPB-nin YPX-nin əməkdaşlarının “Nissan Sunny” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıqlarını görmüş, bu vaxt onlara yaxınlaşaraq Şirvan şəhər polis şöbəsinin DYPB-nin inspektoru, polis baş serjantı Toğrul Babayevə saxladıqları şəxslə bağlı “Mahirdi bu tanımırsan bəs” sözünü demiş, daha sonra polis əməkdaşları onu avtomobilə mindərək polis şöbəsinə gətirmişlər. O, polisin ünvanına nalayiq ifadələr işlətməmiş, tabesizlik göstərməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə ona narkotik vasitədən istifadə etməsi halına görə 16 gün müddətinə inzibati həbs tətbiq edilmiş, həbsdən çıxandan sonra heç bir narkotik vasitədən qəbul etmir, axırıncı dəfə xx.xx.2024-cü il tarixdə istifadə etmişdir. Həmin istifadə ilə bağlı da onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri seçilərək inzibati həbs olunmuşdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şirvan şəhər Polis şöbəsinin DYPB-nin baş isnpektoru, polis baş serjantı X10 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:20 radələrində PŞ-in X13 bölməsinin Yol-Patrul Xidmətinin inspektoru, polis baş serjantı Toğrul Babayevlə ona təhkim olunmuş “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin N.Nərimanov küçəsində xidmətdə olarkən “Nissan Sunny” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mahir adlı şəxsi sürücülük vəsiqəsi olmadan qeydiyyat vasitəsini idarə etdiyinə görə saxlayıb həmin nəqliyyat vasitəsini duracağa təmin edən zaman bir nəfər şəxs özünü Aqşin kimi təqdim edən şəxs ona yaxınlaşaraq milləti bezdirdiklərini, şəhər ərazisində qayda pozuntusuna görə saxladıqları avtomobilləri buraxmaqlarını tələb etmişdir. Həmin şəxsdən spirtli içki qoxusu gəldiyini görüb onu nizam-intizama dəvət edərək uzaqlaşmasını xahiş etmiş, o, sürücünün yaxın qohumu olduğunu bildirərək onun üstünə qışqırmışdır. Ətrafda insanların narahatlığını pozmamaq üçün onu təkrar intizama dəvət edən zaman onların üstünə gələrək barəsində tədbir görəcəyini bildirib qışqırıb ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra həmin şəxs polis şöbəsinin növbətçi hissəsinə gətirilmişdir. Polis şöbəsinin növbətçi hissəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin baş isnpektoru, polis baş serjantı X4 məhkəmə iclasında X10 ilə eyni məzmunlu izahat verdi. Şirvan şəhər X6 Bölməsinin rəisi X2 məhkəmə iclasında X4 və X10 ilə eyni məzmunlu izahat verdi. Həmçinin izahatında bildirdi ki, xx.xx.2024-cü tarixdə növbəti yarımilin planlaşdırılması üçün Şirvan şəhər polis şöbəsi tərəfindən reyd keçirilmiş, o da reydə nəzarət üçün təhkim olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 00:20 radələrində X4 və X10 ilə birlikdə xidmət edərkən şəhərin N.Nərimanov küçəsində “Nissan Sunny” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mahir adlı şəxsi sürücülük vəsiqəsi olmadan qeydiyyat vasitəsini idarə etdiyinə görə saxlayıb həmin nəqliyyat vasitəsini duracağa təmin edən zaman bir nəfər şəxsin Toğrul Babayevlə mübahisə etdiyini görüb avtomobildən düşmüş, polis əməkdaşı onu inzibati məsuliyyətdən yayındırmaq istəmiş, lakin şəxs uca səslə danışmışdır. Bu vaxt iaşə obyektlərinin sahibləri, işçiləri həmin hadisə yerinə yığışmışdırlar. Şəxs “sizə göstərəcəm” “əcəb edirəm” deyə ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra həmin şəxs polis şöbəsinin növbətçi hissəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs şəhərin N.Nərimanov küçəsində DYPB-nin inspektorunun qanuni tələblərinə qəsdən tabe olmamışdır, həmçinin narkotik vasitənin qəbulu aşkar edilmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Polis şöbəsinin DYPB-nin baş isnpektoru, polis baş serjantı X10 və X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:20 radələrində PŞ-in X13 bölməsinin Yol-Patrul Xidmətinin inspektoru, polis baş serjantı Toğrul Babayevlə ona təhkim olunmuş “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin N.Nərimanov küçəsində xidmətdə olarkən “Nissan Sunny” markalı, **- CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mahir adlı şəxsi sürücülük vəsiqəsi olmadan qeydiyyat vasitəsini idarə etdiyinə görə saxlayıb həmin nəqliyyat vasitəsini duracağa təmin edən zaman bir nəfər şəxs özünü Aqşin kimi təqdim edən şəxs ona yaxınlaşaraq milləti bezdirdiklərini, şəhər ərazisində qayda pozuntusuna görə saxladıqları avtomobilləri buraxmaqlarını tələb etmişdir. Həmin şəxsdən spirtli içki qoxusu gəldiyini görüb onu nizam-intizama dəvət edərək uzaqlaşmasını xahiş etmiş, o, sürücünün yaxın qohumu olduğunu bildirərək onun üstünə qışqırmışdır. Ətrafda insanların narahatlığını pozmamaq üçün onu təkrar intizama dəvət edən zaman onların üstünə gələrək barəsində tədbir görəcəyini bildirib qışqırıb ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra həmin şəxs polis şöbəsinin növbətçi hissəsinə gətirilmişdir. Polis şöbəsinin növbətçi hissəsində məlum olmuşdur ki, şəxs Şəxsdur. Adları qeyd olunan şəxslər aktın doğrulunu öz imzaları ilə təsdiq etmişlər. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 X8-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tanxli 3099 nömrəli rəyində göstərilmişdir ki, Şəxs götürülmüş sidik nümunəsində MTD (+) aşkar olundu. Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloyi dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən həmin hissə üzrə cinayət təqibinin aparılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan qərarın surəti inzibati məsuliyyət məsələsi görülməsi üçün Şirvan şəhər X9 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il il tarixli, 40 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ağır dərəcəsi olmuşdur. Şirvan şəhər Məhkəməsinin 3(032)-194/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 16 gün müddətinə inzibati həbs tətbiq olunmuş və ərazi norkoloji dispanserində qeydiyyata alınmışdır. İnzibati işin materiallarından göründüyü kimi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş olan protokol üzrə şəxsin İXM-nin 206-cı maddəsi üzrə təqsiri iş materialları ilə sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeydində satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Göründüyü kimi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.22-ci maddəsinə əsasən məcburi müalicə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilən narkomanlıq xəstəliyinə düçar olan şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsidir; 27.1-ci maddəsinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 27.1.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 27.1.2. narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda; Məlum olduğu kimi, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli həmin məcburi tədbirin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Hansı ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin “Ambulator məcburi-narkoloji tibbi yoxlaması”nın 16 fevral 2024-cü rəyinə əsasən Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilməsi, məcburi müalicəyə ehtiyacı olması ilə əlaqədar barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmiş, Şirvan şəhər Məhkəməsinin 3(032)-194/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində 16 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan Şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlak etmə vaxtı müəyyən olunmur, barəsində inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Halbuki tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmində aşkarlanan vasitələrin və psixotrop maddələrin növü, miqdarı və təxmini istehlak etmə vaxtı təyin oluna bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, işdə olan sübutlarla barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs əməlinin İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinə münasibətdə isə məhkəmə hesab edir ki, şəxsin əməli tam olaraq sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:20 radələrində Şirvan şəhəri N.Nərimanov küçəsində ictimai qaydanı pozan hərəkətlərə yol verməklə polis əməkdaşlarının iş faəliyyətinə maneə törətmiş və polis qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Babayev X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal, həmin əməli sərxoş halda törəməsini isə İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Babayev X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 may 2024-cü il tarixdən, saat 18:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar