Məhkəmə qərarları › İş №3(032)-402/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-402/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-402/2023 27.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: "xxxx" MMC (VÖEN **********) Cənub Ərazi Baş Gömrük İdarəsinin Şirvan gömrük postunda xx.xx.2023-cü il tarixli **********3570 və xx.xx.2023-cü il tarixli **********673 nömrəli gömrük bəyənnamələri ilə rəsmiləşdirilən "xxxx" MMC-dən "BALKAN" gəmisi ilə göndərilmiş və 99JR085/10ZJ0019 və 99JR676/99ZB239 nömrə nişanlı nəqliyyat vasitələri ilə daşınmış "Chevrolet markalı avtomobil üçün tam avtomobil kuzovu" yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyənnaməsi verilməsi olduğu halda 10 fevral 2023-cü il tarixdə saat 04:19-da 99JR676/99ZB239 nömrə nişanlı və 10 fevral 2023-cü il tarixdə saat 04:36-da 99JR085/10ZJ0019 nömrə nişanlı nəqliyyat vasitələri ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərzisinə gətirilmiş həmin yüklərə dair gömrük orqanına əvvəlcədən elektron formada verilməli olan qısa idxal bəyənnaməsi gömrük xidmətinin VAİS-nə rəsmiləşdirilməsi üçün göndərilməmişdir. İnzibati xəta haqqında işə baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC -nə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, "xxxx" MMC-nin (VÖEN: **********) hüquqi ünvanına göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 03:01-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXVİİ fəslinə aid edilmiş İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta gömrük qaydaları əleyhinə olan xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla,mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir.Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətə səbəb olur,lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla,elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları” haqqında qərarında qeyd edilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. O cümlədən yuxarıda qeyd olunan qərarda göstərilmişdir ki, məlumatların elektron üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Dövvlət Gömrük Komitəsinin "Vahid avtomatlaşdırılmış İdarəetmə Sistemi" informasiya resursundan "avtomobil nəqliyyatı ilə daşınan mallara dair" çıxarışdan görünür ki, 99JR085/10ZJ019 və 99JR676/99ZB239 nömrə nişanlı nəqliyyat vasitələri ilə "xxxx" MMC ünvanına göndərilən mallar 10 fevral 2023-cü il tarixdə müvafiq olaraq 99JR676/99ZB239 nömrə nişanlı nəqliyyat vasitəsi saat 04:19-da və 99JR085/10ZJ019 nömrə nişanlı nəqliyyat vasitəsi saat 04:6-da Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş vahid avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokolundan görünür ki, "xxxx" MMC-nin ünvanına Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçirməklə 10 fevral 2023-cü il tarixdə saat 04:19-da 99JR676/99ZB239 nömrə nişanlı və 10 fevral 2023-cü il tarixdə saat 04:36-da 999JR085/10ZJ019 nömrə nişanlı nəqliyyat vasitələri ilə daşınmış "Chevrolet markalı avtomobil üçün tam avtomobil kuzovu" yükünə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl verilməli olan elektron formada qısa idxal bəyənnaməsi Gömrük Xidmətinin VAİS sisteminə rəsmiləşdirmək üçün göndərilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs "xxxx" MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edilərkən xətanın gömrük qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsi, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat cərimə edilsin. "xxxx" MMC barəsində tətbiq edilən cərimə X1 Kod: 210005, VÖEN **********, Müxbir hesab : AZ41NABZ******************** SWİFTBİK: CTREAZ22, Alan: Cənub Ərazi Baş Gömrük İdarəsi - Hesab: AZ73CTRE********************, VÖEN: **********, D3 qrafası Büdcə təsnifatının kodu- 142533, D4 qrafası-Büdcə səviyyəsinin kodu-7 hesabına ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar