Məhkəmə qərarları › İş №3(032)-402/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-402/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-402/2024 14.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi İnzibati xəta törətmiş Şəxs, İnzibati protokolu tərtib etmiş X3 iştirakları ilə, xx.xx.1992-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etmişdir. İnzibati xəta hadisənin olması 14 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, tibbi yoxlamanın rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə toyda olmuş, spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə olmuş, marixuananı istifadə etmişdir. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X6 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 13 may 2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfələri Yaşadur Bağırzadənin və Elşad Nağıyevin xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində xidmətdə olarkən 1 nəfər şəxsin sərxoş halda səs-küy salaraq ictimai qaydanı pozması, həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymamış, nalayiq ifadələr işlədərək qanunsuz əməllərinə davam etmiş, həmin şəxslə söhbət zamanı şəxsin narkotik vasitədən istifadə etməsi barədə şübhələr yaranmış, həmin şəxs polis şöbəsinə gətirilərək Növbətçi hissəyə təhvil verilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfələri Yaşadur Bağırzadənin və Elşad Nağıyevin xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində xidmətdə olarkən 1 nəfər şəxsin sərxoş halda səs-küy salaraq ictimai qaydanı pozması, həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymamış, nalayiq ifadələr işlədərək qanunsuz əməllərinə davam etmiş, həmin şəxslə söhbət zamanı şəxsin narkotik vasitədən istifadə etməsi barədə şübhələr yaranmış, həmin şəxs polis şöbəsinə gətirilərək Növbətçi hissəyə təhvil verilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 13 may 2024-cü il tarixli, 3205 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin əməlindən peşman olması, səmimi etirafı yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlinə olan münasibətini, yaşını, peşman olmasını nəzərə alaraq, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə minimum həddə inzibati cərimə tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının müvafiq rəyinə əsasən Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar