Məhkəmə qərarları › İş №3(032)-406/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-406/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-406/2024 15.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, X1 bərəsində tərtib edilmiş 09 aprel 2024-cü il tarixli EQ 20451259 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti (ərizəni) nəzərdən keçirib, müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, bərəsində tərtib edilmiş 09 aprel 2024-cü il tarixli EQ 20451259 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ƏH, İX № 292330 nömrəli etibarnamə ilə onun tabeçiliyində olan “Renault Megane” minik markalı, ** VG *** dövlət nömrə nişanlı avtomaşınla Şirvan şəhəri 1 May küçəsi ilə xx.xx.2024-cü ildə tarixdə saat 11:11-də Sabirabad istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolaqına çıxmaqla ötmə qaydalarının pozulması əsası ilə Azərbaycan Respubllikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə EQ 20451259 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, yol patrul xidmətinin inspektoru Şirvan şəhəri 1 May küçəsində quraşdırılmış təhlükəsizlik şəhər kamerasına video nəzarət üçün Şirvan şəhərində quraşdırlmış monitorundan Bort-kompyuterlə çəkib qərar edərək elektron protokol tərtib etmişdir. Belə ki, Daxili İşlər Nazirliyinin Şirvan şəhər X4 X6 Yol Patrul Xidmətinin inspektoru bununla bağlı elektron qərar qəbul etməyə səlahiyyəti olmadığı halda qərar qəbul etmişdir.Digər tərəfdən həmin qərarı qəbul etmiş səlahiyyətli şəxsin xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kimi hallar araşdırılmalıdır. Belə olan halda hansı əsasla ona cərimə yazılması hansı məqsədlə qanuna uyğundur. Hesab edir ki, 09 aprel 2024-cü il tarixli EQ 20451259 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq qəbul edilmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-5.3-cü maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-6.1-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan rəsmi qaydada verilmiş hesab olunur (maddə 57.6.1). Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə qeyd edir ki, inizbati Xətalar Məcəlləsinin tələblərindən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin qanunvericiliyin tələblərinə əsasən bu yönümlü qərarlardan şikayət verilməsi müddətlə məhdudlaşdırılmışdır. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında SMS məlumat çatdırıldığı vaxtdan rəsmi qaydada verilmiş hesab olunur. İşin fakitiki hallarından görünür ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və həmin qərar şəxsin mobil telefon nömrəsinə inzibati xəta haqqında SMS məlumatlandırılma vasitəsi ilə məlumatlandırılmışdır. Göründüyü kimi X3 barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və SMS məlumatlandırma vasitəsi ilə tərəf məlumatlandırılmışdır. Belə olan təqdirdə şəxsin sözügedən inzibati qərardan xx.xx.2024-cü il tarixədək şikayət vermək müddəti mövcud olmasına baxmayaraq, sonuncu qərardan xx.xx.2024-cü il tarixdə şikayət və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 bərəsində tərtib edilmiş 09 aprel 2024-cü il tarixli EQ 20451259 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti X2 geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar