Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-407/2023 16.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:45 mradələrində Şirvan kanalının Şirvan şəhərindən keçən hissəsində balıq və digər bioresurslarının mühafizəsi və ov qaydalarının pozulmasına görə saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 İdarəsi BQM və BEMB-nin baş inspektoru polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və material baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, maddi vəziyyəti ağır olduğu üçün özünə məxsus uzunluğu 3.5 metr olan taxta parçasına, diametri 1 metr olan dəmir halqaya, sintetik sapdan toxunmuş jılka adlandırılan gözlərinin ölçüsü 28x28 olan “Domça” adlandırılan balıqovlama vasitəsindən istifadə edərək Şirvan kanalın Şirvan şəhərindən keçən hissəsində balıq tutmaqla ailəsinə qida əldə edir. xx.xx.2023-cü il tarixdə saat 20:00-da balıq tutmaq məqsədi ilə Şirvan kanalın Şirvan şəhərindən keçən hissəsində ona məxsus olan 1 ədəd “Domça” adlandırılan balıqovlama vasitəti ilə Balıq ovlamağa başlamışdır. Saat 00:45-də özlərini Su NPİ-nin əməkdaşları kimi təqdim edən polis əməkdaşları onu saxladılar. Sorğu zamanı polis əməkdaşlarına Şirvan kanalın Şirvan şəhərindən keçən hissəsində “Domça” adlanıdırılan balıqovlama vasitəsi ilə balıq tutmaq üçün rəsmi icazənin, yəni balıqovlama biletinin olmadığını demişdir. Polis əməkdaşları ona məxsus olan bir ədəd “Domça” adlandırılan balıqovalam alətini və onun vasitəti ilə qanunsuz tutduğu 15 ədəd külmə, 1 ədəd kütüm balıqlarını video çəkilişə baxış keçirib maddi sübut kimi götürdülər. Bu barədə protokol tərtib etdilər. Hazırda törətdiyi əmələ görə peşmandır. Xahiş edir ki, ona qanunla nəzərdə tutulmuş qaydada köməklik edilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Su NPİ-nin BQM və BEMB-nin baş inspektoru polis baş leytenantı Seymur Mustafayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə, saat 00:45-də SU NPİ-nin BQM və BEMB-nin əməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Şirvan kanalının Şirvan şəhərindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan şəxsiyyəti sonradan müəyyən edilmiş, Şəxs tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı Şəxs 1 ədəd domça adlandırılan balıq ovlama vasitəsi, 15 ədəd külmə, 1 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Şəxs bildirdi ki, həmin 15 ədəd külmə, 1 ədəd kütüm balıqlarını uzunluğu 3.5 metr olan taxta parçasına, diametri 1 metr olan metal halqaya, jılka adlandırılan sintetik sapdan toxunmuş gözlərinin ölçüsü 28x28 olan tor bağlanmış 1 ədəd “Domça” adlandırılan balıq ovlama vasitəti ilə Şirvan kanalın Şirvan şəhərindən keçən hissəsindən qanunsuz tutmuşdur. Baxış zamanı “Samsung” markalı mobil telefon vasitəti ilə foto və video çəkilişlə aparılmışdır. İşdə olan Su NPİ-nin BQM və BEMB-nin xx.xx.2023-cü il tarixli, 3-13-15-3/2- 655/2023 saylı məktubundan, raportdan, aktdan və fotoşəkildən görünür ki, Şəxs 14 mart 2023-cü il tarixdə saat 00:45 radələrində Su NPİ-nin BQM və BEMB-nin baş inspektoru polis baş leytenantı X1, polis nəfəri X2 tərəfindən saxlanılmış, 1 ədəd domça adlandırılan balıq ovlama vasitəsi, 15 ədəd külmə, 1 ədəd kütüm balıqları, həmin 15 ədəd külmə, 1 ədəd kütüm balıqlarını uzunluğu 3.5 metr olan taxta parçasına, diametri 1 metr olan metal halqaya, jılka adlandırılan sintetik sapdan toxunmuş gözlərinin ölçüsü 28x28 olan tor bağlanmış 1 ədəd “Domça” adlandırılan balıq ovlama vasitəti aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolla, protokola əlavə edilmiş sənədlərlə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı izahatı ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 272.1ci maddəsinin tərkibi var, həmin maddədə göstərilən əməli törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını və əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31 və 32-ci maddələrinə əsasən, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, Şəxs götürülmüş və Su NPİ-nin BQM və BEMB-nin baş inspektoru polis baş leytenantı Seymur Mustafayev tərəfindən müvəqqəti saxlanılan uzunluğu 3.5 metr olan taxta parçasına, diametri 1 metr olan dəmir halqaya, sintetik sapdan toxunmuş jılka adlandırılan gözlərinin ölçüsü 28x28 olan domça adlandırılan balıq ovlama vasitəsi müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs götürülmüş və X6 İdarəsinin BQM və BEMB-də saxlanılan uzunluğu 3.5 metr olan taxta parçasına, diametri 1 metr olan dəmir halqaya, sintetik sapdan toxunmuş jılka adlandırılan gözlərinin ölçüsü 28x28 olan “domça” adlandırılan balıq ovlama vasitəsi müsadirə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-407/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-407/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver