Məhkəmə qərarları › İş №3(032)-409/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-409/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-409/2023 30.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sadayıl oğlunun iştirakı ilə, xx.xx.1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Sadayıl oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs Sadayıl oğlu xx.xx.2023-cü il tarixdə ov qaydalarını kobud şəkildə pozmuşdur. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sadayıl oğlu izahat verərək bildirdi ki, 1 ildir ki, balıqçılıq fəaliyyəti ilə məsğul olur, özünə məxsus olan dirəkli vintir, qırmaq və müxtəlif torlar vardır. Həftənin 3-4 günü balıqçılıqla məşğul olur. Balıqları Salyan rayonu və Şirvan şəhəri ərazisində tutur, adətən günorta vaxtlarında balıq tutmağa gedir, tutduğu balıqları evdə yemək üçün, həmçinin balıqlardan satmaq üçün də istifadə edir. xx.xx.2023-cü il tarixində dostu Fəxrəddin ona zəng edərək “polislər kanalda reyd keçirir” demiş, bundan sonra dostu Namiqə zəng vuraraq “mənimlə kanala gedək, orada olan polis əməkdaşlarına yaxınlaşım və balıqçı olduğumu deyim” ifadəsini işlətmişdir. Ardınca Namiqin yaşadığı evə getmiş, onunla birlikdə Su Kanalına doğru getmiş, reyd keçirən polis əməkdaşlarına yaxınlaşmış, onlara “mən balıqçıyam, balıq tutmaq üçün sənədlərim var, mənə problem olar?” deyə soruşmuş, daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. xx.xx.2023-cü il tarixdə balıq tutmamış, sonuncu dəfə təxminən 15 gün əvvəl balıq tutmuş, balıq tutan zaman qırmaqdan, dirəkli vintirdən və torlardan istifadə etmiş, avtomobildə olan torlar ona məxsus olmuş, onlardan balıq tutmaq üçün istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində saat təxminən 07:30 radələrində Şirvan Kanalı yaxınlığında Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Xancanov İsmayıl ilə birlikdə reyd keçirmişlər. Həmin vaxt kanalın kənarında olan “Vaz 2106” markalı avtomobil onlara tərəf gəlmiş, yoxlama aparmaq məqsədi ilə həmin avtomobili saxlayaraq özlərini təqdim etmiş və ərazidə reyd keçirdiklərini bildirmişlər. Həmin vaxt avtomobildə tanımadıqları iki nəfər şəxs olmuşdur. Avtomobili idarə edən şəxsin razılığı ilə avtomobilə baxış keçirmiş, avtomobilin yük yerini açan zaman baqajda balıq tutmaq üçün istifadə olunan tor olmasını müəyyən etmiş, həmin torun nə olduğunu və nə məqsədlə istifadə edildiyini soruşdular. Daha sonra həmin şəxs körpünün yanında balıq tutmaq üçün tor atdığını bildirmişdir. Onlar yaxınlaşaraq həmin toru götürmək istəyən zaman torun içərisində balıqlar olduğunu görmüş, balıqları tordan çıxararaq suya buraxmış, həmçinin toru da orada qoymuşlar. Daha sonra həmin şəxsləri polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Şirvan şəhər sakinləri Şəxs Sədayar oğlu və X4r. X1 məhkəmə iclasında X5 ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 07 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Sadayıl oğlunun əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs Sadayıl oğlu tərəfindən törədilməsi Azərbaycan respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X2 tərəfindən qəbul edilmiş 07 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, qərara əlavə edilmiş sənədlərlə, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin balıq tutumaqla bağlı icazəsinin olması ilə bağlı arqumentlərinə münasibətdə qeyd edir ki, sonuncunun məhkəməyə təqdim etmiş olduğu kvota üzrə onun balıq tutumağa icazəsinin olması bildirilsə də, həmin kvotadan da, görünür ki, ona kovta üzrə səlahiyyət 2022-ci il üzrə və mövsüm dövrü üçün verilmişdir. Lakin işin faktiki hallarından görünən odur ki, hadisə 2023cü il tarixdə baş vermiş və həmin vaxt ərizində şəxsin belə bir səlahiyyəti olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs Sadayıl oğlunun hərəkətində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi var, həmin maddədə göstərilən əməli törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Sadayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibari xətanının törədilməsində təqsirli bilinərək onun barəsində minimum məbləğdə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Sadayıl oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar