Məhkəmə qərarları › İş №3(032)-413/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-413/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-413/2025 01.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Qərardan şikayət verən şəxs “X5 və Humanitar Kolleci” X10 direktoru X3 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat məbləğində cərimə edilməsi ilə bağlı qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şirvan-Salyan Regional şöbəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 17 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şirvan-Salyan Regional şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 17 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən ona 3000 manat inzibati tənbet tətbiq edilmişdir. Qərarı qəbul olan səlahiyyətli orqan qərarı onunla əsaslandırmışdır ki, direktoru olduğu “X5 və Humanitar Kolleci” Publik Hüquqi X1 əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etmişdir. O, Samid Bağırovu əmək müqaviləsi bağlamadan hər hansı işlərin görülməsinə cəlb etməmişdir. Belə ki, Şirvan şəhər prokurorluğu tərəfindən direktoru olduğu hüquqi şəxs “X5 və Humanitar Kolleci” X13 barəsində də eyni məsələ, eyni predmet ilə bağlı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı bütün göstərilən hallar, təqdim olunan sübutlar məhkəmə tərəfindən ətraflı, obyektiv araşdırılmış və hüquqi şəxsin direktoru olaraq onun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvədə minmədən işəgötürən olaraq fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirməsinə cəlb etməsi öz təsdiqini tapmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-212/2025 nömrəli qərarı ilə “X5 və Humanitar Kolleci” X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığına görə həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında X6 şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verdi və qanunvericiliyin tələblərinə zidd olaraq barəsində 17 mart 2025-ci il tarixində çıxarılan MN ******* saylı qərarın əsassız və qanunsuz olduğu, inzibati xətanın tərkibi olmadığı üçün qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şirvan-Salyan Regional şöbəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin 17 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-212/2025 nömrəli qərarından görünür ki, “X5 və Humanitar Kolleci” X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığına görə həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhər prokurorluğu “X5 və Humanitar Kolleci” X12 təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi, direktoru X6 tərəfindən PHŞ-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X4 xx.xx.2025-ci il tarixdə kollecdə işlərinin görülməsinə cəlb edilməsini əsas gətirməkdə kollecin barəsində inzibati xəta hqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş və hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə göndərilmişdir. Qeyd olunan xüsusatlar məhkəmə tərəfindən araşdırılmış və Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-212/2025 nömrəli qərarı ilə “X5 və Humanitar Kolleci” X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığına görə həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş üzrə qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi üzrə inzibati xəta tərkibinin yaranması üçün əsas Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. İşin faktiki hallarından göründüyü kimi “X5 və Humanitar Kolleci” X12 barəsində inzibati material üzrə aparılmış araşdırmanın nəticəsi olaraq hüquqi şəxs barəsində inzibati işin icraatına inzibati xəta tərkibi (İXM 53.1.2) olmadığından xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələlərinə əsasən əmək müqaviləsi işçi ilə işəgötürən arasında bağlanır. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi üzrə inzibati xəta tərkibi də, məhz əmək müqaviləsi bağlamadan işçinin işə cəlb edilməsi nəticəsində yaranır. Hazırkı halda işəgötürən “X5 və Humanitar Kolleci” X12 hesab edilir, lakin işin faktiki hallarından göründüyü kimi hüquqi şəxs barəsində aparılmış olan inzibati araşdırmanın nəticəsi olaraq inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığında xitam verimişdir. Hazırkı inzibati işi üzrə inzibati protokol tərtib edilmiş şəxs isə “X5 və Humanitar Kolleci” X10 direktorudur. X6 “X5 və Humanitar Kolleci” X10 təmsil etdiyindən və hüquqi şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyi halda hüquqi şəxsin direktoru barədə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şirvan-Salyan Regional şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 17 mart 2025-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şirvan-Salyan Regional şöbəsinin 17 mart 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar