Məhkəmə qərarları › İş №3(032)-414/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-414/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-414/2024 15.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 333-1.2-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etməklə, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. Həmçinin, sözügedən xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. İnzibati xəta hadisənin olması 15 may 2024-cü il tarixli inzibati xəta haqqında protokollarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, tibbi yoxlamanın rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, şahidlərin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixində, özünə məxsus olan “Mercedes” mikroavtobus markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olduğu vaxt yol polisi onu saxlamış, avtomobili saxlayaraq aşağı enmiş, yol patrul xidmətinin əməkdaşı ona təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmiş, daha sonra söhbət vaxtı polis əməkdaşları ondan narkotik vasitənin təsiri altında olub-olmaması barədə maraqlanmış, polis əməkdaşlarına narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX inpektoru Şahid məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Şirvan şəhəri, H.Əliyev prospektində idarə etdiyi ** YP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə şəhərin H.Əliyev prospektində xidmətdə olduqları zaman təhlükəsizlik kəmərindən istifadə etməməsi tərəflərindən aşkar edilmişdir. Bu vaxt nəqliyyat vasitəsinə saxla işarəsi vermiş, həmin sürücüyə törətdiyi inzibati xəta pozutusunu izah edərkən, şəxsin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı əsaslı şübhələri yaranmışdır. Daha sonra şəxs tərəflərindən Şirvan ŞPŞ-nin inzibati binasının Növbətçi Hissəsinə təhvil verilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 08 may 2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində Şirvan şəhəri, H.Əliyev prospektində idarə etdiyi ** YP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xidmətdə olduqları zaman təhlükəsizlik kəmərindən istifadə etməməsi tərəflərindən aşkar edilmişdir. Bu vaxt nəqliyyat vasitəsinə saxla işarəsi vermiş, həmin sürücüyə törətdiyi inzibati xəta pozutusunu izah edərkən, şəxsin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı əsaslı şübhələri yaranmışdır. Daha sonra şəxs tərəflərindən Şirvan ŞPŞ-nin inzibati binasının Növbətçi Hissəsinə təhvil verilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxsdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 10 may 2024-cü il tarixli, 3151 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs “Mercedes” mikroavtobus markalı, ** XO *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini Şirvan şəhəri, H.Əliyev prospektində idarə etdiyi vaxt təhlükəsizlik kəmərindən istifadə etməmiş, Şirvan şəhər, DYPB-nin inspektorları tərəfindən saxlanılmış, saxladıqdan sonra ona qayda pozuntusunu izah edən vaxt sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi barədə şübhələr yarandığı üçün Şirvan şəhər Polis Şöbəsinə gətirilmiş və Şirvan şəhər PŞ-nin DYPB-nin inspektorları Şahid və Səməd Balayev raportla şöbə rəhbərliyinə məruzə edərək Şəxs narkotik vasitələrdən istifadə edib-etməməsinin yoxlanılmasını xahiş etmişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs “Mercedes” mikroavtobus markalı, ** XO *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini Şirvan şəhəri, H.Əliyev prospektində idarə etdiyi vaxt təhlükəsizlik kəmərindən istifadə etməmiş, Şirvan şəhər, DYPB-nin inspektorları tərəfindən saxlanılmış, saxladıqdan sonra ona qayda pozuntusunu izah edən vaxt sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi barədə şübhələr yarandığı üçün Şirvan şəhər Polis Şöbəsinə gətirilmiş və Şirvan şəhər PŞnin DYPB-nin inspektorları Şahid və Səməd Balayev raportla şöbə rəhbərliyinə məruzə edərək Şəxs narkotik vasitələrdən istifadə edib-etməməsinin yoxlanılmasını xahiş etmişdir. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, sonuncunun protokolla razı olduğu qeyd edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-834/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Əlillik vəsiqəsinin surətindən görünür ki, Şəxs 2-ci qrup əlillik təyin edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmədə Şəxs özünün izahatı, şahidin ifadəsi, tibbi yoxlamanın rəyi ilə narkotik vasitə olan marixuanadan istifadə etməsi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, şəxsin əməlində yuxarıda sadalanan hərəkətlərini törətməsi tam şəkildə öz təsdiqini tapır. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialları, tərəflərin izahatları və işin halları ilə Şəxs inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməklə, mikroavtobusu idarə edərkən narkotik vasitə olan marixuananın təsirində olmaqla, sərxoş vəziyyətdə idarə etməsi halı sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Hazırki iş üzrə xəta törədən şəxsin əməlindən peşman olması, səmimi etirafı yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlinə olan münasibətini, səmimi etirafını, peşman olmasını, 2-ci qrup əlil olmasını nəzərə alaraq, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.2-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırmalı, Azərbaycan Respublikası İnzibati Xətalar İXM-in 34-cü maddəsinin tələbləri nəzərə alınmaqla isə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati cərimə cəzası tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının müvafiq rəyinə əsasən Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.2-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar İXM-in 34-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 400 manat məbləğində cərimə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılma, qəti olaraq barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırmaqla, 400 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar