Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-415/2024 15.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi İnzibati xəta törətmiş Şəxs, İnzibati protokolu tərtib etmiş X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan rayonu, Qarabağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 333-1.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etməklə, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. İnzibati xəta hadisənin olması 15 may 2024-cü il tarixli inzibati xəta haqqında protokollarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, tibbi yoxlamanın rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, şahidlərin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 09 radələrində o, kəndlərindən Şirvan şəhərinə yaxın tanışını idarə etdiyi "VAZ 2106" markalı, 90- SN-263 dövlət qeydiyyat nişanlı avtomobil ilə gətirmiş, daha sonra Şrivan şəhəri, T.Ələkbərov küçəsi ilə hərəkət etdiyi zaman Şirvan ŞPŞ-nin YPX- nin inspektorları ona saxla işarəsi vermiş, avtomobilini yolun sağ kənarında saxlamışdır. Bu vaxt YPX-nin inspektorları özlərini təqdim edərək ondan sənədlərini tələb etmiş, daha sonra o, YPXnin inspektorlarına yuxusuz olduğunu söylǝyərək idarəetmədə avtomobilin bir sıra nöqsanlara yola verə biləcəyini söyləmişdir. Bu vaxt, YPX-nin inspektorları onun narkotik vasitələrin və ya psixotrop madələrin təsiri altında nəqliyyat vasitəsini idarə etməsində şübhələrinin olduğunu söyləmişdir. O, polis əməkdaşlarına heç bir etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Yalnız narkotik vasitənin marixuana növündən istifadə etmiş, sonuncu dəfə 2024-cü ilin aprel ayının əvvəllərində narkotik vasitə marixuanadan istifadə etmişdir. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX inpektoru Şahid məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, xidmətdə olan zamanı T.Ələkbərov küçəsində “VAZ 2106” markalı ** SN *** nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydasını pozduğuna görə tərəfindən saxlanılmış, sürücü Şəxs yaxınlaşıb özlərini təqdim edərək, qayda pozuntusu ona izah olunmuş, sürücü özünü şübhəli apardığından onun narkotik tərkibli maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsində şübhə yaranmış, polisin qanuni tələblərinə əməl etməmiş, tərəflərindən Polis Şöbəsinə gətirilmişdir. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X6 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 15 aprel 2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, xidmətdə olan zamanı T.Ələkbərov küçəsində “VAZ 2106” markalı ** SN *** nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydasını pozduğuna görə tərəfindən saxlanılmış, sürücü Şəxs yaxınlaşıb özlərini təqdim edərək, qayda pozuntusu ona izah olunmuş, sürücü özünü şübhəli apardığından onun narkotik tərkibli maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsində şübhə yaranmış, polisin qanuni tələblərinə əməl etməmiş, tərəflərindən Polis Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 16 aprel 2024-cü il tarixli, 2398 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə icraata Şirvan ŞPŞ-nin DYPB-nin YPX-nin inspektorları Şahid və S.Süleymanlının xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən T.Ələkbərov küçəsində “VAZ 2106” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkət qaydasını pozduğuna görə saxlanılmış, sürücü Şəxs yaxınlaşıb özlərini təqdim edərək, sürücüyə qayda pozuntusu izah olunmuş, bu zaman sürücü özünü şübhəli apardığından sürücünün narkotik tərkibli maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsində şübhə yarandığı üçün polis şöbəsinə gətirilmişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə icraata Şirvan ŞPŞ-nin DYPB-nin YPX-nin inspektorları Şahid və S.Süleymanlının xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən T.Ələkbərov küçəsində “VAZ 2106” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkət qaydasını pozduğuna görə saxlanılmış, sürücü Şəxs yaxınlaşıb özlərini təqdim edərək, sürücüyə qayda pozuntusu izah olunmuş, bu zaman sürücü özünü şübhəli apardığından sürücünün narkotik tərkibli maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsində şübhə yarandığı üçün polis şöbəsinə gətirilmişdir. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, sonuncunun protokolla razı olduğu qeyd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmədə Şəxs özünün izahatı, şahidin ifadəsi, tibbi yoxlamanın rəyi ilə narkotik vasitə olan marixuanadan istifadə etməsi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, şəxsin əməlində yuxarıda sadalanan hərəkətlərini törətməsi tam şəkildə öz təsdiqini tapır. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materialları, tərəflərin izahatları və işin halları ilə Şəxs saxlanılan zaman avtomobili narkotik vasitə olan marixuananın təsirində olmaqla, sərxoş vəziyyətdə idarə etməsi halı sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin əməlindən peşman olması, səmimi etirafı yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif edilməli və bu maddənin sanskiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlinə olan münasibətini, səmimi etirafını, peşman olmasını nəzərə alaraq, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar İXM-in 34-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının müvafiq rəyinə əsasən Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 400 manat məbləğində cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-415/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-415/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver