Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-418/2024 15.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Cəlilabad rayonu, Prişib qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Talıbova X3 cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Şirvan şəhər Məhkəməsinin 3(032)-609/2020 saylı, xx.xx.2020-ci il tarixli, 3(032)-1342/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(032)-828/2023 saylı, 14 iyul 2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 3(032)-609/2020 saylı, xx.xx.2020-ci tarixli icra sənədinə əsasən ondan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimənin alınıb dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin 3(032)-1342/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən ondan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimənin alınıb dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(032)-828/2023 nömrəli qətnaməsinə əsasən ondan 6142 manat məbləğində pul və 82 manat dövlət rüsumu alınaraq tələbkar X7 verilməsi qət edilmişdir. Şəxs borcu olduğunu etiraf edir, icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. İşlə bağlı məşğulluq xidmətinə müraciət etmiş, lakin hazırda heç bir işlə təmin edilməmişdir. İcra sənədi üzrə borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 3(032)- 609/2020 saylı, xx.xx.2020-ci tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimənin alınıb dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin 3(032)- 1342/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimənin alınıb dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(032)-828/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 6142 manat məbləğində pul vəsaiti və 82 manat dövlət rüsumu tutularaq tələbkar X7 ödənilməlidir. Borcluya iş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq məktubları verilməsinə, dəfələrlə izahatı alınaraq məsuliyyəti barədə xəbərdar olunmasına baxmayaraq, o, borc məbləğindən tələbkara heç bir ödəniş etməyərək sözügedən icra sənədlərinin icrasını təmin etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şəxs məhkəmənin xx.xx.2023cü il tarixli qərarı ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbehlə inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin Şəxs edilmiş xəbərdarlıqlara məhəl qoymamış, yenidən hərəkətsizlik göstərərək icra sənədinin icrasından yayınmış və üzərinə düşən öhdəliyi yerinə yetirməyərək tələbkara heç bir ödəniş etməmişdir. Talıbova X3 borc məbləğindən heç bir ödəniş etməmişdir. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(032)-609/2020 nömrəli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-78/2012 nömrəli xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icra edilməməsinə görə borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Şirvan şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(032)-1342/2023 nömrəli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-828/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra vərəqəsinin icra edilməməsinə görə borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Şirvan şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(032)-828/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 6142 manat məbləğində pul vəsaiti və 82 manat dövlət rüsumu tutularaq tələbkar X7 ödənilməlidir. Şəxs icra sənədində göstərilən məbləğin ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.2 və 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xata haqqında işin materiallarını, həmçinin İnzibati Xətalar Məcəlləsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən Şəxs əməli üzrə düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 529.2 və 528.1-1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Talıbova X3 Xətalar Məcəlləsinin 529.2 və 528.1-1-ci maddələri üzrə təqsirli bilinməli və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməldir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarından görünüdüyü kimi Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 78/2012 nömrəli xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 30000 ABŞ dolları məbləğində pul alınaraq X1 ödənilməlidir. Sözügedən icra sənədi tam icra olunmadığından Şəxs Şirvan şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(032)- 609/2020 nömrəli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-828/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 6142 manat məbləğində pul və 82 manat dövlət rüsumu tutularaq tələbkar X7 ödənilməlidir. Sözügedən icra sənədi icra edilmədiyindən Şəxs Şirvan şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(032)-1342/2023 nömrəli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi borclu Şəxs tərəfindən icra sənədi və icra sənədinin icra edilməməsi ilə əlaqədar təyin edilmiş olan inzibati cərimə məbləğləri icra edilməmişdir. Həmçinin icra sənədinin üzürlü səbəblə bağlı icra edilməməsinə dair borclu tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki hallarından görünüdüyü kimi borclu Şəxs barəsində İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında inzibati həbs, 529.2-ci maddənin sanksiyasında isə ictimai işlər (ağır cəza olaraq) cəzası nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddənin dispazisiyasından görünüdüyü kimi 60 yaşına çatmış qadınlara həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisna edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs 1963-cü il təvəllüddür və hazırda sonuncunun 61 yaşı vardır. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələblərinə əsasən şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi isitina edilir. Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28-ci maddəsində ictimai işlər tətbiq edilməsi nəzərdə tutulan maddənin dispazisiyasında hazırkı inzibati iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini isitisna edən hal mövcud deyildir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə hesab edir ki, borclu Şəxs inzibati həbs növündə inzibati tənbeh növündə cəzanın təyin edilməsi mümkün olmadığından, ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, maddi vəziyyətini, xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası onun yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs üzərinə elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-418/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-418/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver