Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-42/2023 07.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Muğan regional X6 İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs QSC-nin Şirvan regional satış şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən 09 dekabr 2022-ci il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Şəxs QSC-yə məxsus Şirvan regional Satış Şöbəsində planlı yanğın-texniki müayinə (bundan sonra YTM) keçirilərkən yanğın təhlükəsizliyi qaylarının (bundan sonra YTQ) № 03.2002, 8.2, 2.2.10; 2.1, 2.5, 3.19.16,2.1.2; 3.19.1-ci, № 01.2001, 4.4, 1.5 və 2.5 bəndlərinin pozulması edilmişdir. Bu səbəbdən Şəxs QSC-nin Şirvan regional satış şöbəsi barəsində Muğan regional DYNİ-nin böyük inspektoru X8 tərəfindən 09 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Muğan regional DYNİ-nin böyük inspektoru X8 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 09 dekabr 2022-ci il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Şəxs QSC-yə məxsus Şirvan regional Satış Şöbəsində planlı yanğın-texniki müayinə (bundan sonra YTM) keçirilərkən yanğın təhlükəsizliyi qaylarının (bundan sonra YTQ) № 03.2002, 8.2, 2.2.10; 2.1, 2.5, 3.19.16,2.1.2; 3.19.1-ci, № 01.2001, 4.4, 1.5 və 2.5 bəndlərinin pozulması halı müəyyən edilmişdir. Bununla bağlı həmin həmin nöqsanların aradan qaldırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə 1543 nömrəli yanğın-texniki müayinə aktı tərtib edilmişdir. Həmin aktdan sonra qeyd edilən qüsurların aradan qaldırılması üçün müddət verilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə həmin əraziyə yenidən baxış keçirilmiş və baxış zamanı Avromed Company” QSC-yə məxsus Şirvan regional Satış Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 1543 nömrəli yanğın-texniki müayinə aktında qeyd edilən nöqsanların aradan qaldırılmadığı müəyyən edilmiş və bunun bağlı olaraq xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati akt tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin inzibati xətalar məcəlləsinin tələblərinə uyğun olaraq inzibati tənbeh edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs QSC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokolda yazılanlarla razı olduğunu, keçirilmiş yanğın texniki müayinə zamanı aşkar edilmiş nöqsanların hal-hazırda aradan qaldırıldığını bildirərək məhkəmədən cəmiyyət barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Həmin nöqsanların aradan qaldırıldığı məhkəməyə təqdim edilmiş fotoşəkillərlə də öz təsdiqini tapır. Muğan regional DYNİ-nin və Şəxs QSC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şəxs QSC-nin Şirvan regional satış şöbəsi barəsində Yanğın Texniki müayinə aparılması haqqında xx.xx.2022-ci il tarixli, 3465 nömrəli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin xx.xx.2022-ci il tarixli, 3465 ömrəli X1 görünür ki, Şəxs QSC—nin X7 şöbəsində aşkar olunmuş qanun pozuntu olaraq müəyyən edilmişdir - Anbar hissədə ehtiyat təxliyyə qapılarının qarşısı əlavə əşyalarla tutulub. (YTQ № 03.2002 bənd 8.2); - Anbar hissədə siqaret çəkilməməsini bildirən göstərici lövhə ilə təmin olunmayıb. (YTQ № 03.2002 bənd 2.2.10); - Binanın çardaq hissələrinin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb. (YTQ № 01-2001 bənd 4.4); - İnzibati bina və anbarda əmrlə yanğın təhlükəsizliyinə dair cavabdeh şəxs təyin olunmayıb (YTQ № 01-2001 bənd 1.5); - Binaların elektrik quru və avadanlıqları EQQQ-nin tələblərinə uyğun olaraq istismar olunmur. (YTQ № 03-2001 bənd 3.19.1); - Anbar hissəsinin şərq tərəfi yabanı bitmiş quru alaq otları kol-kosdan təmizlənməyib (YTQ № 03.2002 bənd 2.1); - Mövcud təxliyyə planı normativ qaydaların tələblərinə uyğun hazırlanmayıb. (YTQ № 1.2001 bənd 2.5); - İnzibati bina və anbar hissəyə yanğın təhlükəsizliyinə dair təlimat tərtib olunmayıb. (YTQ № 03-2002 bənd 1.6-1.11); - Obyektdə könüllü yanğından dəstəsi müvafiq əmrlə yaradılmayıb. (YTQ № 01-2001 bənd 2.3); - Obyektin elektrik təsərrüfatının naqil və kabellərinin izoliyasiyasına baxış keçirilməsinə dair müvafiq sınaq protokolu tərtib olunmayıb . (YTQ № 03-2002 bənd 3.19.16); - Mövcud yanğın su hovuzuna yanğın avtomobillərinin sərbəst yan alması üçün mane olan avtomobillər saxlanılır. (YTQ № 03-2002 bənd 2.1.2). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs QSC-yə məxsus Şirvan regional Satış Şöbəsində yanğın təhlükəsizliyi qaylarına riayət edilməsinin yoxlanması ilə bağlı xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və yanğın təhlükəsizlik qaydalarına riayət edilməməsi aşkar olunmuş və bu barədə xx.xx.2022-ci il tarixdə 1543 nömrəli yanğıntexniki müayinə aktı tərtib edilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə həmin əraziyə yenidən baxış keçirilmiş və baxış zamanı Şəxs QSC-yə məxsus Şirvan regional Satış Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 1543 nömrəli yanğın-texniki müayinə aktında qeyd edilən nöqsanların aradan qaldırılmadığı müəyyən edilmiş və bunun bağlı xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati akt tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal olaraq nöqsanların aradan qaldırılması yüngəlləşdirici hal kimi müəyyən edilmişdir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-42/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-42/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver