Məhkəmə qərarları › İş №3(032)-42/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-42/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-42/2024 25.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, xx.xx.1968-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən Şirvan şəhəri Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, həmin tarixli İXP ******* nömrəli, həmin tarixli İXP ******* nömrəli, həmin tarixli İXP ******* nömrəli hazırkı protokollar tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə xx.xx.2023-cü il tarixli, EQ/16696500 nömrəli protokol üzrə həmin tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat, xx.xx.2023-cü il tarixli, EQ/16692083 nömrəli protokol üzrə həmin tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat, xx.xx.2023-cü il tarixli, EQ/16633158 nömrəli protokol üzrə həmin tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat, xx.xx.2023-cü il tarixli, EQ/16670746 nömrəli protokol üzrə həmin tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.3 maddələri ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə edilməsinə baxmayaraq, inzibati tənbeh tətbiq etmə haqqında qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlara əsasən Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək ümumilikdə 1200 manat cərimə olunmuşdur və hazırda həmin qərarlar üzrə təyin edilmiş cərimə (1200 manat) və dəbbə pulunu (720 manat) ödəmək üçün maddi imkanı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququ müəyyən müddətə məhdudlaşdırılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasının həddləri daxilində nəqliyyat vasitələrini idarə etmək hüququ müəyyən müddətə məhdudaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü,115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar