Məhkəmə qərarları › İş №3(032)-420/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-420/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-420/2024 16.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi X2 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” 09 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” 09 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Aşağdakı əsaslara görə inzibati material geri qaytarılmalıdır. 09 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 rayonu, Kərimbəyli kəndində fəaliyyət göstərən “Səngər” marketə məxsus tullantıların qazılmış xəndəkdə mütəmadi olaraq qalaqlanması və yandırılması “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12,13-cü maddələri pozularaq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarından göründüyü kimi inzibati xətanın törədildiyi yer Salyan rayonu, Kərimbəyli kəndidir. Belə olan halda isə X2 şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” 09 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayəti geri qaytarılsın. Qərardadın surəti, təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar