Məhkəmə qərarları › İş №3(032)-421/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-421/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-421/2023 17.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Şəxs X4 şəhərindən keçən hissəsində balıq və digər bioresursların mühafizəsi və ov qaydalarının pozulmasına görə saxlanılmışdır. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 16 mart 2023-cü il tarixdə saat 08:00-da balıq tutmaq məqsədi ilə X4 şəhərindən keçən hissəsində özünə məxsus olan 1 ədəd “rolik” adlandırılan balıqovlama vasitəsi və uzunluğu 6 metr, eni 2 metr sintetik sapdan toxunmuş jilka adlandırılan gözlərinin ölçüsü 22x22 olan tor ilə balıq ovlamağa başlamışdır. Saat 09:00-da özlərini X3 İdarəsinin əməkdaşları kimi təqdim edən polis əməkdaşları yaxınlaşaraq onu saxladılar. Sorğu zamanı polis əməkdaşlarına X4 şəhərindən keçən hissəsində sintetik torla və kustar üsulla düzəldilmiş “rolik” adlandırılan balıqovlama vasitəsi və uzunluğu 6 metr eni 2 metr sintetik sapdan toxunmuş illka adlandırılan gözlərinin ölçüsü 22x22 olan tor ilə balıq tutmaq üçün rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Polis əməkdaşları ona məxsus olan bir ədəd “rolik” adlandırılan balıqovlama alətini və uzunluğu 6 metr eni 2 mefr sintetik sapdan toxunmuş jilka adlandırılan gözlərinin ölçüsü 22x22 olan tor vasitəsi ilə qanunsuz tutduğu 5 ədəd külmə və 2 ədəd şamayı balıqlarını video çəkilişlə baxış keçirib maddi sübut kimi götürdülər. Bu barədə protokol tərtib etdilər. Hazırda X4 şəhərindən keçən hissəsində balıq tutmaq üçün rəsmi icazəsi yoxdur, rəsmi icazə olmadan “rolik” və uzunluğu 6 metr eni 2 metr sintetik sapdan toxunmuş jilka adlandırılan gözlərinin ölçüsü 22x22 olan tor ilə balıq tutmanın qadağan edildiyini bilmirdi. 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 16 mart 2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. 16 mart 2023-cü il tarixli Balıq ehtiyyatlarına vurulmuş ziyan barədə Arayış ilə müəyyən edilmişdir ki, Şəxs Şirvan kanalının Şirvan şəhəri ərazisindən keçən hissəsində 1 ədəd külmə balığının və 2 ədəd şamayı balığının qanunsuz tutması nəticəsində Balıq ehtiyyatlarına 121 manat ziyan dəymişdir. Şəxs törətdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 272.3-cü maddəsinin sanksiyasında ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31 və 32-ci maddələrinə əsasən, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan altı ayadək müddətə ov hüququ məhdudlaşdırılma tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə altı ayadək müddətə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar