Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-427/2024 21.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində inzibati protokol tərtib edilmiş Şəxs, İnzibati protokolu tərtib etmiş X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonunda anadan olmuş, subay, orta təhsilli, Sabirabad rayonu, Güdəcühür kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tərtib edilmiş inzibati protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtməklə səslər çıxarmış və ya yolun səthində çoxsaylı təkər izlərini buraxaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan “VAZ 2107” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yol ayrıcından sola, geriyə dönmüş, tam dönmə etdiyinə görə idarə etdiyi avtomobilin arxası sürüşmüş və təkərlərdən səs çıxmışdır. Post patrul xidmətinin əməkdaşları onu saxlamış, onu şöbəyə aparacağlarını demişlər. İçkili olmamış, heç bir avtoxuliqanlıq hərəkətləri etməmişdir. Şirvan şəhər X4 Patrul Xidməti inspektoru polis sejantı X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, Şəxs özünə məxsus “VAZ 21074” minik markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində avtoxuliqanlıq hərəkətləri etmiş, tərəflərindən saxlanılmış, polis şöbəsinə gətirilərək izahatı alınmışdır. İçkili olmamışdır. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 20 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüdə Şəxs Şirvan şəhəri, H.Əliyev prospektindən sola , geriyə dönməsi, dönmədən əvvəl və sonra yüksək surətlə hərəkət etməsi, avtoxuliqanlıq hərəkətləri etməsi müəyyən edilmədi. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə bildirir ki, şəxsin öz izahatından və hadisəni əyani göstərən video görüntüdən onun avtoxuliqanlıq hərəkətlər etməsi sübuta yetirilmədi. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-427/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-427/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver