Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-428/2024 21.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, X2 İXP ******* saylı, 11 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şikayət vermiş şəxs X3 İXP ******* saylı, 11 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə, Xüsusi Dövlət Mühafizə Xidmətində işləmişdir. Daha sonra təqaüdə göndərildiyi üçün mülkiyyətində olan «X8 1843» yük markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla günǝmuzd müəyyən yük daşıyaraq ailəni dolandırır. Belə ki, xx.xx.2024-cü il tarixdə Şükür müəlimə məxsus "xxxx" MMC-dən çıxan zaman 40200 kq çəkidə yük yükləyib orada tərəzidə çəkdirib Salyan rayonu istiqmətdə yola çıxmışdır. İmişli rayonunda Biləsuvara tərəf dönən zaman İmişli rayonu, X5 polis serjantı X4 onu texniki nəzarət qaydasında saxlatdırmışdır. Ona isə avtomaşına artıq yük vurduğunu bildirərək öz şəxsi, başqa beton zavodda tərəzisində çəkəcəyini bildirmiş və tərəzidə avtomaşının yükü 40.700 kq çəkidə gəlmişdir. İmişli rayonu, Yol Patrul İnspektoru polis serjantı X4 həmin tərəziyə belə inanmayaraq daha sonra isə onunla birlikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidməti 8 nömrəli tərəzi nəzarət məntəqəsinə getmiş və orada ilk dəfə tərəziyə avtomaşını qaldıran zaman 41374 kq olmuş, daha sonra o, hay-küy salaraq buna etirazını bildirərək təkrar tərəzidə ölçülməsini xahiş etmiş və həmin zaman yenidən ölçülmüş cəmi 40905 kq çəkidə gəlmişdir. Belə ki, həmin yolla dəfələrlə keçimiş və bu günə kimi ona xəbərdarlıq edilməmişdir. Buna baxmayaraq İmişli rayonu, X5 polis serjantı X7 oğlu tərəfindən heç bir əsas olmadan barəsində protokol tərtib etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda,şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi,habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol şəxsin inzibati tənbehə məruz qalmasını təsdiq edən hüquqi sənəd olmadığından və ondan şikayətin verilmə qaydası və şikayətə baxılma qaydası inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığından, şikayət geri qaytarılmalı,şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, qərara aldım: X2 İXP ******* saylı, 11 may 2024-cü il tarixli protokolun ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququnun olması izah olunsun. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-428/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-428/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver