Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-440/2023 27.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qriqoriçin iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Qriqoriçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs Qriqoriç xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında X2 döymüşdür. Bununla əlaqədar Şəxs Qriqoriç barəsində Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4 tərəfindən 27 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qriqoriç məhkəmə iclasında inzibati xəta haqqında protokolu təsdiq edərək Ayşən adlı şəxsi 5 aydır ki tanımasını, onunla münasibətlərinin normal olmasını, aralarında ədavət və davadalaş olmamasını, Ayşəndən uzun müddətdir ki, xoşu gəlməsini, onunla evlənmək istəməsini, Ayşənin 4 aya yaxındır ki, onun evində qalmasını, onunla qeyri-rəsmi münasibətdə olmasını, bəzi vaxtlarda Ayşən ilə aralarında söz söhbətlər olmasını, sonuncu dəfə 11 fevral 2023-cü il tarixində Ayşəni işlədiyi mağazadan götürməyə getməsini, Ayşənin ona rəfiqəsinin yanına gedib qayıdacağını deməsini, lakin gecə saatlarında evə qayıtmasını, bundan əsəbləşərək Ayşən ilə mübahisə etməyə başlamasını, mübahisə zamanı Ayşənin üz nahiyəsinə 2 şillə vurmasını, mübahisələrinin 5 dəqiqə davam etməsini, mübahisə zamanı ətrafda digər şəxslərin olmamasını bildirmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında Ruslan adlı şəxsi təxminən 5 aydır ki, tanımasını, münasibətlərinin normal olmasını, aralarında ədavət və dava-dalaş olmamasını, Ruslan ilə heç bir yaxın münasibətinin olmamasını, Ruslanın evində kirayəçi kimi qalmasını, bəzi vaxtlarda Ruslan ilə aralarında söz-söhbət yaranmasını, qaldıqları evin iki otaqdan ibarət olmasını, hər birinin ayrı-ayrı otaqlarda qalmalarını, sonuncu dəfə 11 fevral 2023-cü il tarixində evdə olan zaman Ruslanın ona evə gec gəlməsini irad bildirməsini, aralarında mübahisə yaranmasını, daha sonra Ruslanın onun üz və baş nahiyəsindən yumruq və şillə ilə vurmasını bildirmişdir. Məhkəmədən Şəxs Qriqoriçin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli qərardan müəyyən olunur ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs Qriqoriçin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 55 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər – sol gözətrafı nahiyədə, sol almacıqda, sağ gözaltı nahiyədə, sol bazunun orrta 1/3, sol saidin orta 1/3-də qançırlar, sol əlin arxa səthində sıyrıq-küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən 10 fevral 2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xaraketerinə və lokalizasiyasına əsasən demək olar ki, X1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qriqoriç barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Qriqoriç həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qriqoriçin əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Qriqoriçin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs Qriqoriçna inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 16 (on altı) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-440/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-440/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver