Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-445/2023 19.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Barəsində iş üzrə icraat aparılan “X5”-nin rəhbəri X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Muğan regional X10 İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, “X8” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən 06 fevral 2023-cü il tarixdə Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən “Cəfərli Firmasına” məxsus Avtotəmir sexində Planlı YTM-si zamanı YTQ01-2001b6-5b10.4,4.1YTQN03-2002 b 3.1, 3.19.16, YTQ01-2001 6.1 bəndlərini pozmuşdur. Bu səbəbdən “Cəfərli Firmasına”-nin barəsində Muğan regional DYNİ-nin tərəfindən 06 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Muğan regional DYNİ-nin böyük inspektoru X11 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, “Cəfərli Firması” 06 fevral 2023-cü il tarixdə keçirilərkən yanğın təhlükəsizliyi qaylarının (bundan sonra YTQ) № YTQ01-2001b6- 5b10.4,4.1YTQN03-2002 b 3.1, 3.19.16, YTQ01-2001 6.1-cı bəndlərinin pozulması halı müəyyən edilmişdir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati akt tərtib edilmişdir. Qeyd edilənlərə əsasən “X8”-nin İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati tənbeh edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Barəsində iş üzrə icraat aparılan “X5”-nin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, protokolla razıdır. Minimum həddə cərimə olunmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Muğan regional X10 İdarəsinin nümayəndəsi X7 və barəsində iş üzrə icraat aparılan “X5”-nin rəhbəri X1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. 06 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X5”-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti “X5”-nin barəsində Yanğın Texniki müayinə aparılması haqqında xx.xx.2023-cü il tarixli, 0470 nömrəli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin xx.xx.2023-cü il tarixli, 470 nömrəli X2 görünür ki, “X5”-nin avtotəmir sexlərində aşkar olunmuş qanun pozuntu olaraq müəyyən edilmişdir – obyektdəki mövcud ilkin ödsöndürən balonu tərkibi yenilənməyib (YTQ N01-2001 B10.4), Obyektin daxili elektrik xəttləriniin gərginliyə qarşı yoxlanılmayıb, sınaq protokolu tərtib olunmayıb (YTQ N03-2002 b 3.19.16), Obyektin elektrik xətləri EQQ-nin tələblərinə uyğun istismar olunmur (YTQ N03-2002 b3.19), Obyektdə qeyri standart elektrik və odun sobasından istifadə olunur, Obyektdə yanğınxəbərverici siqnalizasiya qurğuşun quraşdırılmayıb (YTQ N03-2002 b3.1) X4 Qaydalarına uyğun saxlanılmayıb (YTQ N01-2001 b4 b3.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “X5”-nə məxsus avtotəmir sexlərində yanğın təhlükəsizliyi qaylarına riayət edilməsinin yoxlanması ilə bağlı xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və yanğın təhlükəsizlik qaydalarına riayət edilməməsi aşkar olunmuş və bu barədə xx.xx.2023-cü il tarixdə 470 nömrəli yanğın-texniki müayinə aktı tərtib edilmiş və bunun bağlı xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati akt tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq “X5”-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 115-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: “X5” Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-445/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-445/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver