Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-445/2025 14.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ Tağım Baş Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə xx.xx.2025 ci il tarixdə saat 12:47-də Bakı şəhəri, Dəmiryolçular (Sanqaçal) 3 ünvanında Vİ Tağım YPX-nin inspektoru polis baş seriantı X3 tərəfindən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən idarə etdiyi “X8” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası İXM 342.6 və 332.3-cü maddələrinə əsasən 400 manat cərimə olunmuş və bununla əlaqədar barəsində xx.xx.2025-ci ildə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə olunmasına görə 400 manat məbləğində cərimə edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən 6 (altı) ay müddətinə nəqliyyat vasitələrinin idarə edilməsinə məhdududiyyət qoyulmuşdur. Lakin həmin tarixli qərarın icrası mümkün ola bilməzdi ki, həmin qərardan onun şikayət vermək üçün 10 gün müddətində qanunla müəyyən olunmuş müddəti var idi. Eyni zamanda həmim müddət ərzində xx.xx.2025-ci il tarixdə qeyd olunan cərimə borcunu ödəyərək, həmin qərarın icrasına xitam verilməsi üçün aidiyyəti üzrə vəsatətlə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin 3(032)-182/2025 saylı qərarına əsasən, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Bu səbəbdən də xx.xx.2025-ci il tarixli qərar icra olunması üçün aidiyyəti üzrə göndərilmədiyi təqdirdə onun İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə olunmağı qanunsuzdur. Bununla yanaşı AR DİN 102 qaynar xəttinə müraciət etmişdir. Novruz bayramı ilə əlaqədar qeyd olunan qərarı əldə edə bilməmişdir. xx.xx.2025-ci ildə rəsmi olaraq qərarı əldə etmişdir. Tərtib olunmuş qərarı qanunsuz hesab edir. Bu səbəbdən qeyd olunan qərar əsassızdır və hesab edir ki, qərar ləğv olunmalıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ Tağım Baş Yol Patrul Xidmətinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ Tağım Baş Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayət vermiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir . Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Şirvan şəhər Məhkəməsinin 3(032)-182/2025 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı ilə X4 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən cərimə edilməsinə baxmayaraq, inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Şirvan şəhər Məhkəməsinin 3(032)-182/2025 saylı xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, X4 tərəfindən 10 manat cərimə, 6 manat dəbbə pulu, ümumilikdə 16 manat məbləğində pul ödənildiyindən onun ərizəsi əsasında Şirvan şəhər Məhkəməsinin 3(032)-182/2025 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ Tağım Baş Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixində saat 12:47-də Bakı şəhəri, Dəmiryolçular (Sanqaçal) 3-də “X8” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.2,332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında Şirvan şəhər Məhkəməsinin 3(032)-182/2025 saylı iş materiallarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-182/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının surəti məlumat üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə X2 ünvanına - Şirvan şəhəri ünvan 2 nə vaxt təqdim edilməsi barədə poçt göndərişinin göndərilməsi barədə xəbərnamə əldə edilməmişdir. Göründüyü kimi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-182/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının surəti ona rəsmi şəkildə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə 332.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsi təkrar törədilməli, ya da ki, nəqliyyat vaitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi müəyyən olunmalıdır . Göründüyü kimi X4 xx.xx.2025-ci il tarixində saat 12:47-də Bakı şəhəri, Dəmiryolçular (Sanqaçal) 3-də “X8” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)- 182/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından xəbərsiz olmuş, bu da onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkibini yaratmır. Belə olan halda X2 məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarından göründüyü kimi Şirvan şəhər Məhkəməsinin 3(032)-182/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən X2 nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Lakin məhkəmə qeyd edir ki, həmin qərar qanuni qüvvəyə minməmiş (rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində) X4 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi (nəqliyyat vaitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir . 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxs X2 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində olan şübhələr onun xeyrinə həll edildiyindən, təqsirliliyi sübuta yetirilmədiyindən şikayət təmin olunmalı, X4 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ Tağım Baş Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ Tağım Baş Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-445/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-445/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver