Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-446/2024 30.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2024-cü il tarixdə, saat 16:25-də Şirvan şəhəri, L-NT Mahmud İbrahimov küçəsi, ev 12 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən Şəxs MMC (Medikus CLİNİC Şirvan)-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar “dermatoloji-kosmetoloji, fizioterapevtik, terapevtik, nevropatoloji iş və fəaliyyət aşkarlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 məhkəmə iclasında iştirak edərək protokolla razı olduğunu, göstərilən nöqsanların yaxın müddət ərzində aradan qaldırılacağını, şirkətin az müddət fəaliyyətdə olduğunu, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İnzibati xəta haqqında işə baxılmasının yeri və müddəti ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs MMC-i Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinın 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 251 nömrəli özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktında göstərilmişdir ki, cari olaraq müəssisədə görülən işlərə dair tibbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq edilmiş formaları və qaydaları icra olunmur. Tibbi statistik hesabatlardan Forma 17 və Forma 30 yoxlamaya təqdim edilmədi. Cari olaraq müəssisədə lisenziya üzrə “uroloji” və “endokrinoloji” işlərə dair ixtisaslı mütəxəssislər təqdim edilən işçi siyahısı yoxdur. Klinikada təyinatı üzrə dəyişikliklər edilmişdir. Bir sıra otaqların təyinatları göstərilmir. Müəssisədə lisenziyadan kənar “Terapevtik”, “fizioterapevtik”, “nevropatoloji”, “dermatoloji-kosmetoloji” işlər üzrə iş və fəaliyyət aşkarlanmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs MMC-nin qanuni nümayəndəsi X2 göstərilən nöqsanlarla razıdır və yaxın müddət ərzində aradan qaldırılmasına səy göstərəcəkdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Xəta törədən şirkətin az müddət fəaliyyətdə olduğu iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xətanın olması öz təsdiqini tapdığından inzibati xəta törətmiş şəxs Şəxs MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş minimum məbləğdə inzibati cərimə tətbiq edilməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-446/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-446/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver