Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-446/2025 08.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şirvan şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan X4 (FİN 2LBPCRJ) xx.xx.2025-ci il tarixli, EQ/ 26516654 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26516654 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 05:17-də Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsi Neolit restoran yaxınlığı H.Əliyev prospekti istiqaməti üzrə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağına görə barəsində elektron qərar tərtib olunmuşdur. Həmin inzibati xəta haqqında qərara əsasən idarə etdiyi “Hyundai Veloster” minik markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası İXM 328.1-ci maddəsinə əsasən 400 manat cərimə olunmuş və bununla əlaqədar barəsində xx.xx.2025-ci ildə EQ/ 26516654 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat məbləğində cərimə edilir, lakin ona həmin xətaya görə 400 manat cərimə tətbiq olunmuşdur və həmin hal elektron qərarda öz əksini tapmışdır. Məhkəmə iclasında şikayətçi X7 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, özünə məxsus “Hyundai Veloster” minik markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil təmir üçün ustada olduğundan tanışı ona “Kia” markalı, **-KS- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona etibarnamə vermiş, sonradan avtomobilini ustadan götürmüş olsa da, lakin etibarnaməni ləğv etdirməmiş, həmin vaxt onun cərimə balı 18 olmuş, xx.xx.2025-ci il tarixdə saat 05:17-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, Neolit restoran yaxınlığı H.Əliyev prospekti istiqamətində avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağına görə barəsində elektron qərar tərtib olunmuşdur. X14 Salyan rayonunda “Kia” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sürət həddini aşmışdır. Sadəcə avtomobilin nömrəsi və markasına istinadən elektron sistemdə onun etibarnamə əsasında ona verildiyi müəyyən edilərək hadisə vaxtı həmin avtomobili onun idarə etdiyi ehtimal olunmuş və cərimə onun adına yazılmışdır. Tərəfindən yuxarı səlahiyyətli orqana da müraciət olunmuş və onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ seriyalı, 26504359 saylı elektron qərarı ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş X15 İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Baş X15 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ/ 26516654 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 “Hyundai Veloster” minik markalı ** PH *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin rəis müavini X2 və Mərkəzi məlumat xidmətinin baş inspektoru X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli, 3- 13-16/1-Q-491xx/xx/2025 nömrəli qərardan görünür ki, X7 barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli EQ 26504359 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 “Hyundai Veloster” minik markalı ** PH *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin məhkəməyə təqdim etmiş olduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin rəis müavini X2 və Mərkəzi məlumat xidmətinin baş inspektoru X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticələrinə dair qərardan və vermiş olduğu izahatından müəyyən olunmuşdur ki, X7 tərəfindən “KİA” markalı **-KS- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edilməsi ilə bağlı X6 tərəfindən etibarnamə verilmiş, lakin qeyd edilən nəqliyyat vasitəsi onun tərəfində idarə edilməməsinə baxmayaraq, onun barəsində xx.xx.2025-ci il tarixli EQ 26504359 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərara əsasən X7 barəsində İXM-nin 328.2 və 327.7-ci maddələri ilə tənbeh tətbiq edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin rəis müavini X2 və Mərkəzi məlumat xidmətinin baş inspektoru X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli, 3-13-16/1-Q- 491xx/xx/2025 nömrəli qərarından görünür ki, X7 barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli EQ 26504359 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Göründüyü kimi X7 barəsində inzibati tənbeh vermə haqqında EQ/ 26516654 nömrəli qərar əsaslı olsa da, həmin qərar üzrə tətbiq edilmiş olan cərimə məbləği qeyd edilən maddənin sanksiyasına uyğun olmamışdır. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Hazırda məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarda X4 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası İMX-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin məbləği qanunvericilik tərəfindən 10 (on) manat həddində müəyyən edilmişdir. Göstərilən bu hal şəxsin törətmiş olduğu inzibati xətaya görə qanunvericilikdə nəzərdə tutulmuş cərimə məbləğindən dəfələrlə artıq məbləğdə inzibati tənbehə məruz qalmasına dəlalət edir ki, bu da yolverilməz olmaqla səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olmasının göstəricisidir. Eyni zamanda şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin tərkib elementlərindən obyektə aid olan inzibati xəta hadisəsinin mövcudluğu barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən mübahisələndirilmiş, həmin halın mövcudluğunun sübuta yetirilməsi inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir ki, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə, tətbiq edilən elektron sistem vasitəsi ilə qeydə alınmış, amma ona həmin orqan tərəfindən tətbiq edilən tənbeh həmin maddədə nəzərdə tutulan tənbeh olmamışdır. Ona görə hesab edir ki, hakim X5tətbiq edilən tənbehi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin sanksiyasına uyğunlaşdırılması qənaətinə gəlir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 Azərbaycan Respublikası DİN Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26516654 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26516654 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-446/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-446/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver