Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-447/2025 01.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, X1 bərəsində tərtib edilmiş 08 mart 2025-ci il tarixli, EQ 26505663 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti (ərizəni) nəzərdən keçirib, müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 08 mart 2025-ci il tarixli, EQ 26505663 nömrəli elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən X1 bərəsində tərtib edilmiş 08 mart 2025-ci il tarixli, EQ 26505663 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin geri qaytarılması, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 08 mart 2025-ci il tarixli, EQ 26505663 nömrəli inzibati tənbeh təyin etmə haqqında elektron qərarından şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət etmək hüququnun olması izah olunmuşdur. X3 xx.xx.2025-ci il tarixdə təkrarən şikayət ərizəsi və şikayət ərizəsinə əlavə etdiyi müddətin bərpasına dair vəsatət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 08 mart 2025-ci il tarixli, EQ 26505663 nömrəli elektron qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, bərəsində qanunsuz olaraq tərtib edilmiş 08 mart 2025-ci il tarixli, EQ 26505663 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində xx.xx.2025-ci il tarixdə, saat 13:20-də Hacıqabul Mincivan yolu 138-ci km (Füzuli rayonu) Opel Astra, **-HF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.2-ci maddəsinin tələblərinin (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulması) pozmağı barədə protokol tərtib edilmişdir. Elektron kabinetinə tam görünüşlü olmayan və həmçinin təkcə foto şəkil göndərilmiş, video yazı isə göndərilməmişdir. xx.xx.2025-ci il tarixində DİN-nin E-Polis tətbiqindən verilmiş qərarla bağlı elektron şikayət edərək bildirmişdir ki, ötmə əməliyyatını düz xətdə deyil, qaydalara uyğun olaraq qırıq xətdə etməyə başlamış və lakin bitirdikdən sonra düz xətti keçərək öz istiqamətinə qaytarmışdır. Düz xətdən öz istiqamətinə qayıtmağının səbəbi ilə ötmə əməliyyatını edərkən qarşısındakı avtomobillərin sürətlərinin anidən artırması olmuşdur. Sonra ona DİN məlumat nömrəsindən “3-13-16/1-Q-474xx/xx/2025 nömrəli məlumatınız qeydə alınmışdır” yazılı SMS gəlmişdir. xx.xx.2025-ci il tarixində ona ***-***-**-** nömrəsindən zəng gəlmiş və ona Füzuli rayon polis bölməsinin əməkdaşı olduğu bildirilmiş, onunla nəzakətlə davranaraq qərarın düzgün verildiyini bildirmiş, o isə öz növbəsində əsas gətiərərək bununla razılaşmadığını bildirmiş, sonra o bunun yerinə araşdırılması üçün onu Füzuli rayon polis bölməsinə dəvət etmiş və o da öz növbəsində bildirmişdir ki, buna heç bir imkanı yoxdur. Beləliklə ona bildirmişlər ki, “biz bu görüntülərə yenidən baxacağıq və verilən qərar haqqında sizə məktubla ünvanınıza göndərəcəyik”. Həmin vaxtdan məktubu gözləmiş və bu vaxta kimi ünvanına heç bir məktub gəlməmişdir. xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Polis şöbəsinin DYPB-nə müraciət edərək tərtib edilmiş protokolu üzrə qəbul edilmiş qərarını götürmüşdür. Qərarın surətindən görünür ki, tərtib edilmiş protokol inzibati xəta haqqında qanunvericiliyin tələblərinin pozulması tərtib edilib. xx.xx.2025-ci il tarixdə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, EQ 26505663 saylı qərardan görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə edilən xüsusi texniki vasiənin tipi, markası, modeli qeyd edilməyib. Bunun da bir izahı vardır ki, inzibati xəta müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə qoşulmayan hər hansısa bir müşahidə kamerasının monitorundan telefon vasitəsilə çəkilib və bu halda qanunvericiliyin tələblərinə ziddir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərindən göründüyü kimi inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətini ötürmüş şəxslər tərəfindən müddətin bərpası ilə müraciət etmək hüququna malikdirlər. X4 Məcəlləsinin 130.2-ci maddəsinin tələblərindən göründüyü kimi müddətin bərpası ilə bağlı şəxsin vermiş olduğu vəsatətə hakim və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılması nəzərdə tutulmuşdur. Yəni inizbati qərarı qəbul etmiş olan orqanın və ya məhkəmənin qərarından verilmiş şikayət üzrə müddətin bərpası məsələsinə baxılması nəzərdə tutulmuşdur. Hazkırı halda barəsində tətbiq edilmiş olan inzibati xəta ilə bağlı qərardan narazı qalan tərəf müddətin bərpası ilə bağlı olaraq inzibati qərarı qəbul etmiş orqana müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və şikayət vermiş şəxs tərəfindən şikayət ərizəsində göstərdiyi kimi qərarı xx.xx.2025-ci il tarixdə almasına dair sübutu şikayətə əlavə etmədiyindən geri qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana müraciət etmək etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 bərəsində tərtib edilmiş 08 mart 2025-ci il tarixli, EQ 26505663 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti X2 geri qaytarılsın. X2 bərəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş 08 mart 2025-ci il tarixli, EQ 26505663 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardaddan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-447/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-447/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver