Məhkəmə qərarları › İş №3(032)-448/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-448/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-448/2025 01.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YNH baş inspektoru polis kapitanı X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Salyan rayonu, Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Saatlı rayonu, Nabatkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs 30 aprel 2025-ci il tarixdə, saat 08:05 radələrində “Opel Omega” minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, Xəqani küçəsində “LADA 21214” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili və “GEELY MK” minik markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobili gözləməli olduğu halda gözləmədən onun qarşısına çıxmış, bu zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Şirvan şəhəri YNH baş inspektoru polis kapitanı X5 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli protokolu müdafiə edərək, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 08:05-də etibarnamə ilə lakin sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Opel Omega” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, Xəqani küçəsində ikinci dərəcəli yoldan baş yola daxil olan zaman “Lada 21214” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsi ilə toqquşmuş, bundan sonra “Lada 21214” markalı avtomobil ilə toqquşmanın təsirindən dayanmış vəziyyətdə olan “GEELY MK” minik markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsinə dəymişdir. Hadisə zamanı avtomobildə tək olmuş, xəsarət almamış və sərxoş vəziyyətdə olmamışdır. Qarşı tərəflərə dəymiş ziyanlar icbari sığorta tərəfindən ödəniləcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, “Lada 21214” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 08:05-də Şirvan şəhəri, Xəqani küçəsi ilə hərəkətdə olan zaman sağ zolaqdan çıxan “Opel” markalı avtomobil onu gözləmədən baş yola çıxdığı üçün toqquşmuş, toqquşmadan sonra idarəetməni itirmiş, qarşı zolaqda dayanan “Gelly” markalı maşına çırpılmış, avtomobillər əzilsə də, xəsarət alan olmamış, avtomobilinin əzilməsi nəticəsində ona 2000 manat məbləğində ziyan dəymişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Opel Omega» minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsus olmaqla, etibarnamə əsasında Şəxs verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 30 aprel 2025-ci il tarixli rəy aktından görünür ki, zaman «Lada 21214» minik markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 ümumilikdə 1595 manat, «Geely» minik markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7 ümumilikdə 375 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, yəni evli olmasını, ana olaraq himayəsində az yaşlı övladlarının olduğunu, hadisədən peşmanlıq keçirdiyini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilsin. Avtomobillərinə ziyan dəymiş şəxslərə zərərlə bağlı mülki qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar