Məhkəmə qərarları › İş №3(032)-449/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-449/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-449/2023 28.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, X1 nın, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında X3 döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib özünü təqsirli bilərək göstərmişdir ki, 2-ci Qarabağ mühanbəsin iştirakçısıdır və qazidir. 2-ci Qarabağ mühanbəsində yaralanmışdır, hələ də müalicəsini davam etdirir. xx.xx.2023-cü il tarixdə saat 21 radələnndə ağrıları olduğu üçün 103 zəng xidməti mərkəzinə zəng etmiş, həmin günü saat 21 radələnndə evdə oturduğu zaman qəfildən həkim içən daxıl olmuş, həkimdən qapını niyə döymədiyini soruşduqda həkim qapının açıq olduğunu görüb içən daxıl olduğunu demiş, bu səbəbdən əsəbləşib ona evdən çıxıb getməsini, başqa həkimin gəlməsini istəmiş, bu sözdən sonra həkimin onu polisə şikayət edəcəyini bildirmiş, aralarında mübahisə yaranmış, mübahisə zamanı adını bilmədiyi həkimə əlində olan hasa ilə kürək nahiyyəsinə bir zərbə vurmuş, daha sonra yanında olan qardaşı Nihad onlan ayırmış, qardaşı Nihad həkimə heç bir zərbə vurmamış, hadisə vaxtı Mirələm Haqverdiyev onu vurmamış, bədəni üzərində hər hansı bir xəsarət olmamışdır. Zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şərvan şəhər MX-nın TTYS-da çağırışcı-həkim vəzifəsində çalışır, xx.xx.2023-cü il tarixdə işdə olarkən saat 21 radələrində çağırış gəlmiş, verilən məlumatdan sonra həmin şəxslə əlaqə saxlamış, daha sonra həmin şəxsin ünvanına sürücü Bağırov Həsənlə birlikdə getmiş, qapı açıq olduğundan qapını döyüb içəri daxıl olmuş, həmin vaxt sonradan adını bildiyi Qənbər adlı şəxs qapını niyə döymədiyini bildərərək üzərinə hücum çəkmiş, həmin vaxt Qənbərin yanında olan adını bilmədiyi şəxslə birlikdə yaşadığı evdə onu döymüş, daha sonra onların əlindən çıxıb binanın biokuna çıxmış, Qənbər adlı şəxsin dalınca gəlmiş və boğazından tutaraq boğmağa başlamışdır. Yenə də onun əlindən çıxıb gəldiyi avtomobilə əyləşib oradan uzaqlaşmış, daha sonra bu barədə onun atası Raufa zəng edib bu barədə məlumat vermiş, lakin atası onu telefonda söyüb-təhqır etmiş, Qənbər və onun yanındakı tanımadığı şəxslə evin içində baş verən mübahisə 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı evdə onlardan başqa heçkim olmamış, hadisə vaxtı Qənbər və tanımadığı şəxsi vurmamışdır. Qənbər ılə arasında əvvəllər hər hansı mübahisə olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmış, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs X3 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Şirvan şəhər Polis Şöbəsininİctimai Təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X10 canlı şəxsin ekspertizasının 17 mart 2023-cü il tarixli 98 nömrəli rəyində göstərilmişdir ki, X2 bədən səthində aşkar olunan xəsarətlər sol çiyin nahiyyəsində, hər iki bazunun orta 1/3-də qançırlar- küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir; xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında X4 fiziki zor tətbiq etməklə döyüb bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir; Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində davam edən “İİ-ci Qarabağ”- “Vətən Mübaribəsi”ndə iştirak edərək, müharibədə fərqlənərək “Qubadlının azad olunmasına görə medalı”, “Xocavəndin azad olunmasına görə medalı”, “Laçının azad olunmasına görə medalı” və “Zəngilanın azad olunmasına görə medalı” ilə təltif olunmuşdur. zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş ərizədən görünür ki, Mirələm Haqverdiyev həmin ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar