Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-45/2024 11.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Əsgərova Əfsanə Əmrah qızının katibliyi ilə Zərərçəkmiş şəxs X1, İnzibati protokolu tərtib etmiş X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Qafur Məmmədov küçəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 232-1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Tərtib edilmiş inzibati protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə özgənin əmlakını qəsdən məhv etməklə ziyan vurmuş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində avtomobil təmir sexi var. Həmin sexdə avtomobil təmir edir. 2023-cü ilin iyun ayında Bakı şəhəri, Qaradağ rayon sakini Coşqun Təhməzli özünə məxsus olan “Mersedes 202” markalı avtomobilini sexinə gətirmiş, bildirmişdir ki, həmin avtomobili təmir etdirmək istəyir. Coşqun Təhməzli avtomobilini sexində saxlamış, ona bildirmişdir ki, avtomobili boyalatdırmaq istəyir. Coşqun Təhməzliyə bildirmişdir ki, avtomobilini 1000 manat müqabilində boyaya bilər. Coşqun Təhməzli onunla razılaşmış, ona 500 manat pul vermiş, bildirmişdir ki, qalan 500 manat puluda verəcək. Coşqun ilə razılaşmış, Coşqunun avtomobili sexdə qalmış, özü isə sexdən getmişdir. Avtomobili rəngləmiş, Coşqun gəlib avtomobilinə baxmış, ona bildirmişdir ki, avtomobilinin salonun da düzəlt. Coşquna bildirmişdir ki, “avtomobilinin salonunu 500 manat müqabilində düzəldərəm”. Coşqun onunla razılaşmış, sexdə olmadığı vaxt Coşqun qardaşına avtomobilinin salonunu düzətdiyi üçün 500 manat vermişdir. Qardaşı Səfər də həmin pulu ona vermişdir. 30 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Coşqun ona zəng vurmuş, onu söyübtəhqir etmiş, gördüyü işi bəyənməmiş, bu səbəbdən əsəbləşib sexdə Coşquna məxsus avtomobilə dəmir parçası ilə qəsdən zərbələr vurmuş, sonra sexdən çıxıb getmişdir. Coşqun Təhməzlinin avtomobilini qəsədən zədələməsini səmimi etiraf etmiş, Coşqun Təhməzlinin avtomobil sexinin yaxınlığında olan evinin həyətinə sürmüş, avtomobili idarə etməzdən əvvəl Coşqundan icazə almış, Coşqunun da ona icazə verdiyi üçün avtomobil ilə sexin yaxınlığında olan evinə getmiş, avtomobil ilə heç bir yol nəqliyyat hadisəsi törətməmiş, Coşqun Təhməzlinin avtomobilinin qabaq sol qapı şüşəsini, qabaq alın şüşəsini, arxa sağ qapısını, arxa sağ stopunu, banına, arxa qapının şüşələrinə, arxa alın şüşəsini və başqa hissələrini qəsədən zədələdiyini bildirmişdir. Sonradan polis əməkdaşları onu şöbəyə izahat verməyə dəvət etmişlər. Əvvəlcə məsələsini özü həll edəcəyini demiş, sonra isə polislərlə şöbəyə gedərək izahat vermişdir. Polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, onlarla mübahisə etməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 ifadəsində bildirmişdir ki, 2023-ci ilin fevral ayında 12000 manat müqabilində Bakı şəhər sakinindən 1997-ci ilə aid “Mersedes C 230” markalı avtomobil almış, həmin avtomobilin boyamağa və qapsında olan zədənin düzəldilməsinə ehtiyac olmuş, avtomobilini düzətmək üçün usta axtarmışdır. 2023-cü ilin iyun ayında avtomobilni idarə edərək Şirvan şəhərinə gəlmiş, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən Sakit adlı ustanın sexinə getmiş, Sakitə bildirmişdir ki, avtomobilini düzətdirmək istəyir. Sakit avtomobilə baxmış, bildirmişdir ki, avtomobilə 1000 manat müqabilində boya çəkə bilər. Şəxs ilə razılaşmış, Sakitə 500 manat pul vermiş, 2023-cü ilin avqust ayında Şirvan şəhərinə gəlmiş, Sakitin sexinə getmiş, Sakitə bildirmişdir ki, avtomobilin salonunu da düzəlt. Sakit ona bildirmişdir ki, avtomobilin salonunu düzətmək üçün 500 manat pul lazımdır. Sakit ilə razılaşmış, lakin Sakitə 500 manat pul verməmiş, 2023-cü il avqust ayında Sakitin qardaşı Səxavət ona zəng vurmuş, bildirmişdir ki, Sakitlə vercəkləri 500 manat pulu ona göndərsinlər. Sonra Səxavət kartının şəklini ona göndərmiş, Səxavətin kart hesabına 500 manat pul göndərmiş, həmin gündən bir neçə gün sonra Sakit ona zəng vurmuş, bildirmişdir ki, avtomobilini 2-3 gün müddətində təhvil verəcək. Təqribən 2-3 gün sonra Sakit ona zəng vurmuş, bildirmişdir ki, avtomobili bir həfdədən sonra təhvil vercək. Bir həfdədən sonra Şirvan şəhərinə gəlmiş, Sakitin sexinə getmiş, sex bağlı olmuş, Sakitə zəng vurmuş, avtomobilinin harada olduğunu soruşmuş, Sakit ona bildirmişdir ki, avtomobil evinin həyətindədir. Sakitin nənəsinin yaşadığı evə getmiş, avtomobilinin Sakitin nənəsigilin həyətində olduğunu görmüş, avtomobilin ön hissəsin zədələndiyini görmüşdür. Bir müddət sonra Sakit nənəsigilə gəlmiş, Sakitə bildirmişdir ki, avtomobilim nə üçün zədələnib. Sakit bildirmişdir ki, avtomobilin ilə yol nəqliyyat hadisəsi törətmişəm. Sakit bildirmişdir ki, polisə müraciət etmə. Sənin avtomobilini 1 həfdə müddətində düzətdirəcəm. Polisə müraciət etməmiş, 2023-cü ilin dekabr ayında Sakitin sexinə gəlmiş, Sakitin avtomobilinin bir hissəsini təmir etdiyini görmüş, Sakitə bildirmişdir ki, avtomobilinin təmirini nə üçün gecikdirirsən. Sakit ona bildirmişdir ki, hazırda pulu yoxdur. 30 dekabr 2023-cü il tarixdə Sakitin qardaşı Səxavət ona zəng vurmuş, onu söyüb-təhqir etmiş, bildirmişdir ki, avtomobilini gəlib apar. Bundan sonra Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə gəlmiş, Sakitin sexinə getmiş, sexin bağlı olduğunu görmüş, Sakitin qardaşı Səxavətə zəng vurmuş, bir müddət sonra Sakitin qardaşı Səxavət sexə gəlmiş, sexin qapsını açmış, avtomobilinin yan şüşələrinin, arxa şüşəsinin, dam şüşəsinin sındırıldığını, avtomobilimin arxa sağ hissəsinin, arxa sol hissəsinin, qapılarının, banının, ön kapotunun zədələndiyini, avtomobilin içərsində olan manitorun zədələndiyini görmüş, bundan başqa avtomobilin sağ arxa təkərinin diskinin yerinə başqa bir diskin bağlandığını görmüşdür. Bundan sonra polisə müraciət etmiş, polis əməkdaşları hadisə yerinə gəlmiş, avtomobilini Şirvan şəhər polis şöbəsinə gətirmişlər. Avtomobilini təmir etmək üçün Şəxs 1000 manat pul verdiyini, 500 manat dəyərində də avtomobilinin təmir etməsi üçün avtomobil ehtiyyat hissələri aldığını, avtomobilin zədələnməsi nəticəsində ona 2365 manat maddi zərər dəydiyini bildirmişdir. Hazırda ona vurulmuş ziyanı Şəxs tələb edir. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X4 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Yaşadur Bağırzadə məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Şirvan şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı Sahil Şıxaliyevin raportuna əsasən tabe olduqları Post-Patrul xidməti bölüyünün rəhbərliyi onları təlimatlandırmışdır ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini Şəxs Şirvan şəhər ərazisində Coşqun Təhməzli adlı vətəndaşın avtomobilini dəmir parçası ilə qəsdən zədələmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində olan zamanı Şəxs görüb onu PŞ-nə dəvət etmişər. Ona izah etdilər ki, barəsində PŞ-nin İB-də araşdırma aparılır. O, aparılan araşdırmadan məlumatlı olduğunu və zərərçəkmişlə barışacağını bildirərək məsələni özü həll edəcəyini demişdir. Onlar isə mütləq polis şöbəsinə getməli olmasını və izahat verməli olmasını demişlər. O da razılaşmış və polis şöbəsinə getmişdir. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Səid Tağıyev məhkəmə iclasında Yaşadur Bağırzadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 11 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə özgənin əmlakını qəsdən məhv etməklə ziyan vurması, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1 və 232-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, Şirvan şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı Sahil Şıxaliyevin raportuna əsasən tabe olduqları Post-Patrul xidməti bölüyünün rəhbərliyi onları təlimatlandırmışdır ki, Şirvan şəəri, Hacıqəhrəmanlı qəsəbə sakini Şəxs Şirvan şəhər ərazisində Coşqun Təhməzli adlı vətəndaşın avtomobilini dəmir parçası ilə qəsdən zədələmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində olan zamanı Şəxs görüb onu PŞ-nə dəvət etmişər. Ona izah etdilər ki, barəsində PŞ-nin İB-də araşdırma aparılır. O, aparılan araşdırmadan məlumatlı olduğunu bildirərək çağırışa getməyəcəyini, zərərçəkmişlə barışacağını bildirərək çağırışa gəlməkdən imtina etmişdir. Ona təklif etdilər ki, istintaq orqanının çağırışından yayınmasın. Lakin o, zərərçəkmiş şəxsin ünvanına ucadan ünvansız söyüşlər söymüşdür. Onu nizam intizama dəvət etsələr də, o, “yaxşı” etdiyini bildirərək Coşqun Təhməzlinin ünvanına olan söyüşlərini davam etdirmiş, onun yanında uzaqlaşmalarını, çağırışa gəlməyəcəyini bildirmişdir. İradlarının nəticə vermədiyini görüb onu PŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə azad edilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, sonuncu protokolun surətini almış, protokolla tanış olduğunu imzası ilə təsdiq etmişdir. Şəxs xx.xx.2024-cü il tarixli Şirvan şəhər Polis şöbəsində verdiyi izahatında da məhkəmədə verdiyi izahatın məzmununa uyğun olaraq əməllərini etiraf etmiş və peşman olmasını bildirmişdir. 08 yanvar 2024-cü il tarixli rəy aktının surətindən görünür ki, qəza zamanı “Mercedes Benz 230” minik markalı ** BO *** qeydiyyat nişanlı avtomobilin qəza zamanı əzilib sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan ümumulikdə 4615 manat təşkil edir. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs özünün və zərərçəkmiş şəxsin izahatı və fotoşəkillərlə, mütəxəssis rəyi ilə X1 avtomobilini məhv edərək ziyan yetirməsi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, şəxsin əməlində yuxarıda sadalanan hərəkətlərini törətməsi tam şəkildə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə polis qurumunun şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tərtib etdiyi protokol və ona əlavə edilmiş sənədlərdə, həmçinin barəsində inzibati protokol tərtib edilmiş şəxsin ifadələrində kifayət qədər ziddiyyətlərin mövcudluğunu diqqətdən qaçırmır. İşin faktiki hallarından da məlum olduğu kimi Şəxs polisə hər hansı tabesizlik göstərməmiş, onların tələbi ilə polis şöbəsinə getmiş, izahat vermişdir. Şəxsin polis əməkdaşına tabesizlik göstərməsi inandırıcı olmamaqla, şəxsin öz ifadəsi, həmçinin də polislərin özlərinin də məhkəmə iclasında verdikləri ifadələri ilə də təkzib olunur. Şəxsin həqiqətən də göstərilən vaxtda qərəzli hərəkətlərini davam etdirərək polisə müqavimət göstərməsini təsdiq edən heç bir sənəd, şahid, əlavə sübut mövcud deyil. Bütün şübhəli və ziddiyyətli məqamların şəxsin xeyrinə həll olunduğu halda isə Şəxs hərəkətləri polisə tabesizlik kimi qiymətləndirilə və o, təqsirli olmasını təsdiq edən heç bir tutarlı səbəb olmadığından inzibati qaydada məsuliyyətə cəlb edilərək tənbeh edilə bilməz. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilməli və bu maddənin sanskiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, yaşını, əməlinə olan münasibətini nəzərə alaraq, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməli, onun inzibati qaydada tutulma müddəti nəzərə alınmaqla cərimədən çıxılmalı, zərərçəkmiş şəxsə vurulmuş ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 4400 manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxsə ona vurulmuş ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-45/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-45/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver