Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-45/2025 15.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Şikayət vermiş şəxs X1 iştirakı ilə , X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25442926 nömrəli qərarın ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25442926 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə ona məxsus “Hyundai İ 30” minik markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobillə Lökbatan qəsəbəsi Binə Ticarət Mərkəzinin qarşısında xx.xx.2025-ci ildə saat 22:43:29 radələrində yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması qaydalarının pozulması əsası ilə Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə EQ 25442926 nömrəli protokol tərtib olunaraq 2 bal 60 manat məbləğində inzibati tənbeh verilmişdir. Hesab edir ki, xx.xx.2025-cü il tarixli EQ 25442926 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, yol patrul xidmətinin inspektoru Binə Ticarət Mərkəzinin qarşısında quraşdırılmış təhlükəsizlik şəhər kamerasına videonəzarət üçün Qaradağ RPİ-də quraşdırılmış monitordan bortkomputerlə çəkib qərar qəbul edərək elektron protokol tərtib edir. Belə ki, Daxili İşlər Nazirliyinin Qaradağ rayon polis idarəsinin X6 şöbəsinin Yol Patrul Xidmətinin İnspektoru bununla bağlı elektron qərar qəbul etməyə səlahiyyəti olmadığı halda qərar qəbul etmişdir. Digər tərəfdən, həmin qərarı qəbul etmiş səlahiyyətli şəxsin xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kmi hallar araşdırılmalıdır. Belə olan halda hansı əsasla ona cərimə yazılması hansı məqsədlə qanuna uyğundur. Hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ 25442926 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq qəbul edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 izahat verərək bildirdi ki, barəsində xx.xx.2025-ci il tarixli, EQ 25442926 nömrəli qərar qanunsuz və əsassız tərtib edilmişdir. Belə ki, yol patrul xidmətinin inspektoru Binə Ticarət Mərkəzinin qarşısında quraşdırılmış təhlükəsizlik şəhər kamerasına videonəzarət üçün Qaradağ RPİ-də quraşdırılmış monitordan bortkomputerlə çəkib qərar qəbul edərək elektron protokol tərtib edir. Belə ki, Daxili İşlər Nazirliyinin Qaradağ rayon polis idarəsinin X6 şöbəsinin Yol Patrul Xidmətinin inspektoru bununla bağlı elektron qərar qəbul etməyə səlahiyyəti olmadığı halda qərar qəbul etmişdir. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin səlahiyyətli şəxsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Şikayət vermiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25442926 nömrəli qərarının surətindən görünür ki, “Hyundaı İ 30 minik” markalı ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 xx.xx.2025-ci il tarixdə saat 22:43:29 radələrində Lökbatan qəsəbəsi Binə ticarət mərkəzi qarşısında tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törədilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Hyundaı İ 30 minik” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil Lökbatan qəsəbəsi Binə ticarət mərkəzi qarşısında yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması 774B3E557E4ED84C nömrəli kamera vasitəsilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Məhkəmə inzibati xəta hadisənin foto və video qeydiyyatının yalnız xüsusi texniki vasitələrin köməkliyi ilə qeydə alınması şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində qeyd olunmuş inzibati xətaların dairəsinin qəti olmasına dair göstəriş yoxdur. Bu isə o deməkdir ki, digər inzibati xətaların foto və ya videoqeydiyyat funkisyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilməsinin (İXM-in 122.1-ci maddəsi ilə aşkar edilə bilməsi) istisna olunması ilə bağlı maddi hüquq normasında imperativ hal müəyyən olunmamışdır. Maddənin göstərişi sadalanan maddələrdə nəzərdə tutulmuş inzibati xətaların foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda icraatın aparılma qaydalarını tənzimləmişdir. Belə ki, iş materiallarında olan sənədlər və foto şəkillərdən də görünür ki, sözügedən xətanın mövcudluğu “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameraları ilə qeydə alınmış görüntülər vasitəsilə aşkarlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi xüsusi texniki vasitələr yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik vasitələrdir. “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameralarının funksiyası isə əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi, asayişin qorunması, baş vermiş hadisələrin canlı olaraq izlənməsi, mümkün terror hadisələrinin qarşısının alınması və eləcə də baş vermiş hadisə zamanı X3 çevikliyinin yüksəldilməsinin təmin olunmasıdır. Başqa sözlə, “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameraları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların real vaxt rejimində aşkarlanmasında istifadə olunan xüsusi texniki vasitə hesab edilmir və buna görə həmin kameraların arxivləşdirdiyi görüntülərə İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində göstərilmiş icraat qaydaları tətbiq edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci,124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə inzibati xətalar qanunvericiliyi tərəfindən həm İXM-in 122.1-ci maddəsinə, həm də 124.5-ci maddəsinə münasibətdə foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar ifadəsindən istifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsində həmin inzibati xəta üzrə də foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərarın qəbul edilə bilənliyi göstərilməklə, artıq həmin formada aşkar edilmiş inzibati xətaya dair qəbul edilmiş qərarın (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi qanunsuz olduğu təqdirdə qanunverici tərəfindən həmin qərarın rəsmi qaydada verilmiş hesab edilməsi halları tənzimlənməzdi) rəsmi qaydada verilmə qaydaları tənzimlənmişdir. Göstərilən hal qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsində həmin Məcəllənin 124.5-ci maddəsində nəzərdə tutulan inzibati xətaların da foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə biləcəyi və bunun əsasında inzibati xəta haqqında qərar qəbul edilə biləcəyi birmənalı olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunmuş inzibati xətalar qanunvericiliyinin normalarının tələbləri və inzibati xəta haqqında qərara əlavə edilmiş fotoşəkilləri məhz yol hərəkəti qaydalarının pozulması bağlı inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmış olmasını, həmin kameralar vasitəsilə inzibati xətaların avtomatik şəkildə deyil, yalnız müvafiq müşahidə aparan səlahiyyətli şəxs tərəfindən aşkarlanmaqla müvafiq qaydada rəsmiləşdirilməsi qeyd olunan sübutların obyektivliyinin şübhə altına alınmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 346.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25442926 nömrəli elektron qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25442926 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-45/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-45/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver