Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-450/2023 28.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1960-cı ildə Sabirabad rayonu, Xiləmirzəli kəndində anadan olmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 28 mart 2023-cü il tarixdə, saat 09:50 radələrində şəhərin T.İsmayılov küçəsində idarə etdiyi “Vaz 2107” markalı avtomobili saxlayan zaman polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. İnzibati xəta hadisənin olması 28 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, oğlu müharibə iştirakçısı olmuş, onun xəstəliyi ilə əlaqədar olaraq Hacıqabul rayonunda dərman almağa çıxmış, lakin orada dərmanı tapa bilməmiş, bunun üçün də Şirvan şəhərində olan aptekə gəlmiş, aptekdən çıxandan sonra polis əməkdaşları onu saxlayaraq sənədlərini istəmiş, sənədlərinin yerində olmadığını bildirmişlər. Bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və onu post patrul maşınına mindirərək Polis Şöbəsinə gətirmişlər. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşı X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:50 radələrində “KİA markalı” ** YP *** dövlət qeydiyyat nişanlı avtopatrulla şəhərin T.ismayılov küçəsində xidmətdə olarkən “VAZ 2107” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, sürücüyə yaxınlaşıb özünü təqdim edərək saxlama səbəbini izah etmiş, sənədlərini yoxlayan zaman məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini etibarnamə və sürücülük hüququ olmadan idarə etmişdir. Bundan sonra sürücüyə nəqliyyat vasitəsinin İXM-nin 96-cı maddəsinə əsasən duracağa aparılacağı bildirilmişdir. Sürücü qeyri etik danışaraq yersiz səs-küy salıb ətrafdakıların diqqətini özünə cəlb etməyə çalışmış, onu dəfələrlə nizam-intizama dəvət etmiş, lakin onun qanuni tələbinə məhəl qoymayıb ona hədə-qorxu gəlməyə başlamışdır. Belə olan halda növbətçi hissənin vasitəsi ilə ərazidə olan post patrul xidmətinin naryadlarını köməyə çağırmış, onların köməyi ilə həmin şəxs Polis Şöbəsinə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, iş materiallarından görünür ki, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023cü il tarixdə, saat 09:50 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və protokol sənədlərlə birlikdə məhkəməyə 15:45-də daxil olmuşdur. Şəxs də məhkəmənin sual cavabında bütün bu müddət ərzində polis idarəsində saxlanıldığını və orada izahat verdiyini, sənədləşmə işlərinin apaılması ilə əlaqədar orada olduğunu bildirmişdir. Göstərilən səbəbdən məhkəmə belə hesab edir ki, şəxsin hüquqları məhdudlaşmış olduğundan o, inzibati qaydada tutulmuş şəxsin statusunda olmuşdur. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-450/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-450/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver