Məhkəmə qərarları › İş №3(032)-450/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-450/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-450/2024 27.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs iştirakı ilə , xx.xx.2001-ci ildə Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, işləməyən, məhkumluğu olan, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan, Şirvan şəhəri T.İsmayılov küçəsində yerləşən RMZ-nin uşaq bağçasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Şirvan şəhərində yerləşən “Tural” şadlıq sarayının həyətində olan çay evindən Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A13” markalı mobil telefonu gizli olaraq talamışdır. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatları, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Şirvan şəhəri 28 May küçəsində yerləşən “Tural" şadlıq sarayının ərazisində yerləşən çay evində olmuş, daha sonra evə gedərkən çay evinin zalında enerji yığması üçün qoyulmuş “Samsung Galaxy A13" markalı mobil telefonu gizli olaraq götürmüşdür. O, Bakı şəhərində gedərək Neftçilər metrosu yaxınlığından telefon mağazalarından birində oğurladığı telefonu tanımadığı şəxsə 80 manata satmış, əldə etdiyi pulla Bakı şəhərində kirayədə yaşadığı evin kirayə haqqını vermişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı aradan qaldırılmışdır . Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhəri 28 May küçəsində yerləşən “Tural" çay evini işlədir və xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində işdə olarkən dəyəri 500 manat olan “Samsung Galaxy A13” markalı mobil telefonu pəncərinin qarşısına qoymuş, daha sonra həmin yerə baxdıqda mobil telefonun olmadığını və oğulandığını aşkar etmişdir. Bundan sonra çay evinin müşahidə kameralarına baxış keçirmiş və telefonun Şəxs tərəfindən oğurlandığını aşkar etmiş və Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazıra inzibati xəta törətmiş şəxslə barışmış və ona dəymiş ziyan aradan qaldırılmışdır. Bu barədə ərizə təqdim etmiş və qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11.00-da inzibatı qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 10.50-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir . Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir . Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş Şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.2001-ci ildə Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, işləməyən, məhkumluğu olan, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan, Şirvan şəhəri T.İsmayılov küçəsində yerləşən RMZ-nin uşaq bağçasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar