Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-451/2023 30.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1994-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Zal-Qarağac kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində X2 məxsus 350 manat dəyərində olan 1 ədəd “X5 9” markalı mobil telefonu oğurlamışdır. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin və zərərçəkmiş şəxs X1 izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cu il tarıxdə qardaşı Tahirlə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" ASC-yə kredit götürmək üçün getmiş, "xxxx" ASC-nin ofisdə oturan zaman oturacaqda 1 ədəd telefon olduğunu görmüş, həmin telefonu oradan götürmüş və əyinində olan gödəkçənin sağ iç cibinə qoymuş, binadan çıxdıqda taksıyə əyləşərək qardaşı Tahirin yaşadığı evə getmiş, bir müddət sonra ona "xxxx" ASC-dən zəng gəlmiş, ona kameraya düşdüyünü demişlər, telefonu gətirib vermək istədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları izahatının alınması üçün onu polis şöbəsinə dəvət etmişlər. Əməlindən peşman olması və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, özünə məxsus olan X5 9 markalı mobil telefonu vardır, xx.xx.2023-cu il tarixdə saat 13 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-yə “Cash Back” kartı almaq üçün getmiş, həmin vaxt bankda növbə olmuş, növbə götürərək bankın 2-ci mərtəbəsində olan stullarda əyləşmiş, daha sonra bank işçisi onu çağırmış və əyləşdiyi stuldan qalxaraq onun yanına getmiş, bu vaxt telefonu əyləşdiyi stuldan götürməmiş, təxminən 5 dəqiqə sonra geri qayıtdıqda telefonun orada olmadığını görmüş, bu barədə muhafizəçiyə məlumat vermiş, daha sonra bankın işçiləri ilə birlikdə bankda olan kameraya baxdıqda telefonun naməlum şəxs tərəfindən oğurlandığını görmüş və bu barədə AR DİN-ın 102 xidmətinə məlumat vermiş, həmin şəxsi tanımır, hadisə nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışmış, mobil telefonu ona qaytarılaraq dəymiş zərər aradan qaldırılmışdır. Bu barədə məhkəməyə ərizə təqdim edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə X1 şikayəti əsasında ona məxsus 350 manat dəyərində olan 1 ədəd “X5 9” markalı mobil telefonun naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla oğurlayaraq talaması faktında cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxs X2 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-451/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-451/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver