Məhkəmə qərarları › İş №3(032)-456/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-456/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-456/2025 05.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Şirvan şəhəri, Z.Hacıyev küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və ictimai qaydanı mühafizə edən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, uzun müddətdir avtomobil ustasıdır. Şirvan şəhəri ərazisində avtomobillərin təmiri ilə məşğuldur. xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində işdən çıxaraq, mağazaya ərzaq almağa getmişdir. Mağazadan ərzaq aldıqdan sonra Z.Hacıyev küçəsində idarə etdiyi “Vaz2101” markalı avtomoillə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobildən düşmüş və polis əməkdaşları ilə saxlanılma səbəbi barədə söhbət edərkən məlum olmuşdur ki, o, avtomobili etibarnamə olmadan idarə etmişdir.Polis əməkdaşları idarə olunan avtomobili duracağa təmin olunacağını bildirdikdə o, aldığı ərzaqları evə verməli olacağını demiş və polis əməkdaşları ilə getməkdən imtina etmişdir. Lakin onun bu istəyini icra etmədikdə polis əməkdaşları ilə sözlü mübahisəsi başlamış, ardınca isə əlavə çağrılmış polis naryadının təzyiqi ilə onu polis şöbəsinə gətirmişdirlər. Orada polis əməkdaşları ona qarşı zor tətbiq etmiş, orada polis işçiləri ilə mübahisə etmişdir. Orada barəsində tutma protokolu tərtib edilmiş və bir gün həbsdə saxlanıldıqdan sonra məhkəməyə gətirilməsi üçün buraxılmışdır. Şirvan şəhər Polis şöbəsinin DYPB-nin YPX-i inspektoru, polis serjantı X9 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 09:30-da Şirvan şəhəri, Z.Hacıyev küçəsində “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xidmətdə olan zaman “Vaz 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxla işarəsi vermişdir. Sürücü saxla işarəsinə məhəl qoymayaraq ara məhəllələrdə yüksək sürətlə hərəkət etmiş, bir neçə dəfə saxla əmrini verdikdən sonra dalana çatdığı təqdirdə dayanmışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim edib qayda pozuntusunu izah edən zaman, sürücünün avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığı aşkar olunmuşdur. Şəxs nəqliyyat vasitəsinin hərəkətdən kənarlaşdırılmalı olduğunu bildirən zaman o, ucadan səs-küy salaraq, nalayiq ifadələr işlətmiş, ona hədə-qorxu gəlmiş, əl-qol ataraq xidməti fəaliyyətinə mane olmağa və polisin nüfuzunu alçaltmağa başlayaraq piyada vəziyyətdə avtomobildən uzaqlaşmışdır. Bundan sonra o, əlavə naryad dəstələri çağırmış polis işçiləri dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də, o, öz əməllərini qəsdən davam etdirərək, polisin qanuni tələbinə tabe olmamışdır. Orada Şəxsla uzun oolan mübahisədən sonra onu PPX-nin avtomobilinə əyləşdirərək X10 Hissəsinə təhvil vermişdirlər. X7 zaman Şəxs sakitləşməmiş, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polisin iş rejimini pozmuş, dəvət olunmuş nizam-intizama gəlməmişdir. Hətta öz hərəkətlərinin qanuni olduğunu əsas gətirməklə polis şöbəsində yüksək səs-küy salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin DYPB-nin YPX-i inspektoru, polis serjantı X1 Kamil Şəfayət oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı X2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 09:40-da Şirvan şəhəri PŞ-nin inzibati binasında xidmətdə olan zaman DYP-nin inspektorları Kamil Əliyev və Toğrul Babayev tərəfindən şəhərin Z.Hacıyev küçəsindən yol hərəkəti qaydalarını pozmasına görə vətəndaş Şəxs polis şöbəsinin inzibati binasına təqdim edilmişdir. Sonuncu ucadan səs-küy salıb, nalayiq ifadələrə yol verməklə şöbənin iş rejimini pozmuş, polis əməkdaşlarına qeyri-etik ifadələr işlətməklə onlara qarşı təzyiqlər etmişdir. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, o, öz hərəkətlərini davam etdirmiş və onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də həmin şəxs barəsində inzibati protokol tərtib edilməsi üçün şöbənin növbətçi hissəsinə təhvil verilmişdir. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi polis leytenantı X13 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Şirvan şəhəri, Z.Hacıyev küçəsində ucadan səsküy salaraq ictimai qaydanı pozmuş və polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 09:00-da azad edilmişdir. Şəxs Şirvan şəhər Polis Şöbəsində olarkən ondan, barəsində olan araşdırma ilə bağlı Şöbəyə gəlməyinə dair müvafiq iltizam alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilmişdir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yerdə, polis şöbəsinin inzibati binasında ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə sahə müvəkkili ilə mübahisə etməsi (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Şəxs əməllərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin əlamətləri olması sübuta yetirilmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, törədilmiş inzibati xətanın ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar fəslinə və İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aid olmasını, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun dövlət orqanının fəaliyyətinə təsirini, iş rejiminə müdaxiləsini, iş üzrə zəruri sübutları qiymətləndirərək hesab edir ki, Bayramov X6 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsin əsasən qeyd olunan inzibati xətalardan İXM-nin 535.1-ci maddəsində daha ciddi sanskiya müəyyən edildiyinə görə həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə şəxsin barəsində cərimə inzibati tənbehinin tətbiqi ilə inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinə nail olmayacağını müəyyən etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən qeyd olunan inzibati xətalardan İXM-nin 535.1-ci maddəsində daha ciddi sanskiya müəyyən edildiyinə görə həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdə saat 09:00-dək, yəni bir gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş həbs müddətindən çıxılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar