Məhkəmə qərarları › İş №3(032)-457/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-457/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-457/2025 05.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1975-ci ildə Neftçala rayonu Y.Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kayman Adalarının “ Salyan Oyl Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru işləyən, Neftçala rayonu Y.Qaramanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs 02 may 2025-ci il tarixdə saat 11:20 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan «Vaz 21074 minik» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri H.Əliyev prospektində idarə edərkən yol nişanının tələblərinə riayət etmədən «Mercedes Benz 200 » minik markalı ** EN *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə «Mercedes Benz 200» minik markalı ** EN *** dövlət nömrə nişanlı avtomobilin sahibinə maddi ziyan vurmuşdur. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 02 may 2025-ci il tarixdə saat 11:20 radələrində idarə etdiyi «Vaz 21074 minik» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili Şirvan şəhəri H.Əliyev prospektində idarə edərkən yol nişanının tələblərini pozaraq «Mercedes Benz 200 » minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərçəkmiş şəxsə dəymiş ziyan aradan qaldırılmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, 02 may 2025-ci il tarixdə saat 11:20 radələrində Şirvan şəhəri H.Əliyev prospektində özünə məxsus «Mercedes Benz 200 » minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə düz istiqamətdə hərəkətdə olan zaman «Vaz 21074 minik» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmış, nəticədə avtomobillər toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinə ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini tələb edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş AD seriyalı 056569 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Vaz 21074 minik» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş AE seriyalı 515094 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2015-ci il tarixdə verilmiş sürcülük vəsiqəsinin müddəti xx.xx.2025-ci il tarixdk qüvvədə olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş BD seriyalı 562149 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz 200 » minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun xx.xx.2025-ci il tarixli rəy aktından görünür ki, «Mercedes Benz 200 » minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı 1 ədəd ön bufer 300 manat məbləğində, 1 ədəd ön sol fara 80 manat məbləğində, 1 ədəd ön sol dönmə işığı 30 manat məbləğində, 1 ədəd ön sol faranın alt örtüyü 20 manat məbləğində, 1 ədəd ön sol qanad 100 manat məbləğində, 1 ədəd ön sol qanadın altlığı 30 manat məbləğində, 1 ədəd ön kapot 200 manat məbləğində, 1 ədəd kondisioner radiatoru 70 manat məbləğində, 1 ədəd arxa sol qapı 100 manat məbləğində, 1 ədəd arxa sol qapının “spolleri” 30 manat məbləğində, 1 ədəd arxa sol qapının “spolleri” 20 manat məbləğində, 1 ədəd arxa sol qanad 250 manat məbləğində, 1 ədəd arxa bufer 150 manat məbləğində, 1 ədəd ön körpünün sol alt “çaşkası” 65 manat məbləğində, 1 ədəd ön sal amarizator 60 manat məbləğində, 1 ədəd kondisonerin “baçonkası” 25 manat məbləğində,kondisonerin qazı 50 manat məbləğində, boya və material 200 manat məbləğində,cəmi 1780 manat, armatur işi 100 manat, elektrik işi 30, çilingir işi 120 manat,dəmirçi işi 600 manat, rəngsaz işi 600 manat, cəmi 1450 manat, beləliklə, ümumilikdə 1780,0 manat+1450,0 manat=3230,0 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh verilməlidir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar